“Neftçi”nin futbolçusu Mateus Saldanya “Zenit”də oynamaq istədiyini etiraf edib.
“İki sahil” xəbər verir ki, o, "RP Sport"a açıqlamasında deyib: “Məni “Zenit”dən çağırsalar və kluba dəvət etsələr, dərhal razılaşardım. Təklif olsa, dərhal "Zenit"ə keçərəm. Amma hər şey hazırkı komandamın nümayəndələrindən asılıdır. Çünki mən "Neftçi" ilə bu il müqavilə bağlamışam”.
Xatırladaq ki, “Neftçi” beynəlxalq PARI Premyer Kubokunun ilk oyununda “Zenit”ə 1:3 hesabı ilə uduzub. Saldanya Bakı təmsilçisinin yeganə qolunun müəllifi olub. Braziliyalı hücumçu 39-cu dəqiqədə penaltidən fərqlənib.
Qeyd edək ki, M.Saldanya yanvarda Yaponiyanın “JEF Yunayted Çiba” klubundan 1 illik icarəyə götürülüb.