02 iyul 2023 15:54
327

"Mançester Siti" hücumçusunu icarəyə göndərdi

"Hall Siti" "Mançester Siti"nin hücumçusu Liam Delapı 2023/2024 mövsümünün sonuna kimi icarəyə götürüb.

“İki sahil” xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

Qeyd edək ki, L.Delap ötən mövsüm icarə əsasında "Preston"da oynayıb və meydana çıxdığı 15 matçda 1 qol vurub.

Xatırladaq ki, Çempionşip təmsilçisi "Hall Siti"nin sahibi TV8-in rəhbəri Acun Ilıcalıdır.