Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi ordumuz cəmi 44 gün ərzində düşməni diz çökdürərək qələbə qazandı. Ordumuz XXI əsrin müharibəsini apararaq dünyaya göstərdi ki, biz böyük xalqıq. Vətən müharibəsi ordumuz üçün həm də sınaq oldu. İllərlə keçirilən təlimlər, alınan silah-sursatlar, texnikalar və ən başlıcası vahid komandanlığın uğurlu nəticəsi əsl bəhrəsini verdi. Bu tarixi Qələbə daim bizim tariximizdə olacaq. Biz daim bu tarixi Qələbə ilə fəxr edəcəyik.
Qafqazda ən güclü orduya malik olan Azərbaycan İkinci Qarabağ müharibəsində sonra ordunun modernləşdirilməsi istiqamətində mühüm addımlar atır. Ali Baş Komandanın bu istiqamətdə qarşıya qoyduğu tələblərə uyğun olaraq ordumuzun maddi-texniki bazası daha da modernləşir, mütəmadi keçirilən hərbi təlimlər ordumuzun gücünə güc qatır. Hərbi sahədə həyata keçirilən tədbirlər nəticəsində bu gün Azərbaycan ordusu çevik, peşəkar və müasir tələblərə cavab verən bir ordu kimi düşmənə göz dağı verir. Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasına yüksəlib. Müharibədən keçən vaxt ərzində aparılan islahatlar, müasir silahlar və texnika ilə ordumuzun təchiz olunması nəticəsində daha da böyük bir potensialı formalaşıb. Ali Baş Komandan hərbi sənayenin inkişaf etməsinə xüsusi diqqət yetirir. Son illər ərzində Azərbaycanda formalaşan hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur.
Azərbaycanın müdafiə potensialının güclənməsində digər mühüm istiqamət struktur islahatları əhatə edir. Burada ilk növbədə, NATO daxilində ikinci ən güclü orduya sahib olan Türkiyənin təcrübəsinə istinad edilir.
Ali Baş Komandan İlham Əliyevin tapşırıqlarından biri yeni komando xüsusi təyinatlı qüvvələrin yaranması idi. Bu iş hazırda güclü icra olunur. Müxtəlif ərazilərdə komando briqadaları yaradılır. Bu, ölkəmiz üçün yenilikdir. Bu briqadalarda yüksək təlim almış və Vətən uğrunda canını fəda etməyə hazır olan hərbçilər xidmət edirlər. Komando briqadaları son hərbi avadanlıq və silahla təchiz edilmiş mütəxəssislərdən ibarət hazırlıqlı, yüksək mobil hava-desant hücum birləşməsidir.
Ordu quruculuğu ilə bağlı işlər planlı şəkildə gedir. Azad edilmiş bütün rayonlarda hərbi hissələr yaradılır. Ordu quruculuğu işinə diqqət və tələblə yanaşan Ali Baş Komandan İlham Əliyev tədbirlərin biridə belə demişdir: “Ordu quruculuğunda işlər uğurla davam edir, ordumuz güclənir. Orduya aid xərclər təkcə son ildə 8 dəfədən çox artıb. Bu onu göstərir ki, Azərbaycanın dövlət büdcəsində hərbi xərclər birinci yeri tutur. Əminəm ki, Azərbaycan gücləndikcə ordumuz da güclənəcək. Ordumuz istənilən vəzifəni yerinə yetirməyə hazırdır, buna qadirdir.”
Ali Baş Komandanın bölgələrdə yerləşən hərbi hissələrə hər səfəri böyük bir bayrama çevrilir. Son illərdə ordu quruculuğu sahəsində həyata keçirilən bir sıra tədbirlərin keçmiş MDB məkanında belə analoqu yoxdur.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti, qətiyyəti, məqsədyönlü siyasəti, yenilməz ordumuzun şücaəti, xalq-dövlət monolit birliyi gələcəyə olan inamımızı artırır, qurub-yaratmaq ruhumuzu daha da gücləndirir.
Aygün Cəfərova,
YAP Xətai rayon təşkilatının üzvü