26 iyun 2023 11:59
341

Qalib ölkənin Qalib Ordusu

 

“Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı

Bəli, bu hadisə ölkəmizin müasir tarixində möhtəşəm və unudulmaz hadisə idi . Zəfərin rəmzi - Şuşa. şəhərinin azad edilməsi ilə qələbənin təntənəsini yaşadıq.

Lakin bu qələbəyə gedən yolun heç də asan olmadığı hər birimiz üçün aydındır. Hərbi gücün nümayişi onu göstərdi ki , Azərbaycan dövləti əsası Ümummilli Lider Heydər Əliyev  tərəfindən qoyulan uğurlu ordu quruculuğu strategiyasına malikdir. 44 günlük müharibənin hər gününü bir  şanlı tarixə çevirən isə bir amalla -“İşğala son qoyulsun və tarixi ədalət zəfər çalsın” amalı ilə vuruşan Azərbaycan əsgəri, Azərbaycan zabitidir.

Həmin günlərdə ordumuzda bir halın şahidi olduq.Vətənpərvərliyin və əsgər andına sadiqliyin təcəssümü idi bu hal ! Azərbaycan Ordusunda bir dənə də fərari olmayıb! Yaralı əsgər və zabitlərimiz hərbi hospitallarda, xəstəxanalarda həkimlərdən xahiş edirdilər ki, bizi tezliklə sağaldın, biz qayıdaq döyüş meydanına, biz öz missiyamızı başa vurmalıyıq!

Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini məhv etməyib, o, erməni mifini də məhv etdi. Cəmi 44 gün ərzində Ermənistan ordusu məhv edildi, hərbi texnikası məhv edildi, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, öz qüdrətini göstərdi. Ermənistan ordusu eyni zamanda mənəvi məğlubiyyətə uğradı -müharibə dövründə Ermənistan ordusunda 10 mindən çox fərari olub....

Tarixi qələbənin əbədiləşdirilməsinə xidmət edən təşəbbüs isə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə məxsus oldu. Onun sərəncamı ilə xalqımızın Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə  Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin yaradıldı.Şagirdlərimiz,gənclərimiz bu muzeyi ziyarət edərək tarixi həqiqətlərin əyani şahidinə çevrilirlər.

Müharibə dövründə xalq öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirə bildi. Ali Baş Komandanın əmrinin icrasını təmin etmək üçün 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu və xalq Prezident İlham Əliyevin ətrafında birləşdi.

Məqalənin başlanğıcında da qeyd etdiyim kimi, bu qələbə illərin düşünülmüş siyasəti və hazırlığının təntənəsi idi.Uzun illər ərzində ölkəmizin əsas büdcə xərcləri hərbi xərclər olmuşdur. Ordunun döyüş qabiliyyəti möhkəmləndi, yüksəldi, ordumuz müasir silah-sursat, texnika ilə təchiz edildi. Azərbaycan bir ölkədən asılı olmamaq üçün lazımi texnikanı bir çox mənbələrdən aldı. Ordu quruculuğu hər zaman dövlət siyasətinin prioritet istiqaməti olub və olacaq da!

Qələbinin təminatı və rəsmiləşdirilməsi üçün siyasi və hüquqi baza yaradıldı. Siyasi sabitlik, vətəndaş birliyi təmin edildi. Xalqın dəstəyini hiss edərək çox inamlı islahatlar aparıldı və siyasi müstəvidə vəziyyət sağlamlaşdı. Beynəlxalq müstəvidə, beynəlxalq təşkilatlar tərəfindən bizə sərf edən önəmli qərarlar və qətnamələr qəbul edildi;

İnkişaf Qələbənin əsasıdır. Azərbaycan inkişaf edərək torpaqları azad etdi. Əgər iqtisadi inkişaf olmasaydı, əgər bizim iqtisadi müstəqilliyimiz olmasaydı, lazımi dərəcədə lazım olan müasir silahlar əldə edə bilməzdik.

2020-ci ilin 10 noyabr tarixində Ermənistan məcbur olub kapitulyasiya aktına imza atıb. Bu kapitulyasiya aktına görə, bir güllə atmadan Kəlbəcər, Laçın və Ağdam rayonları Azərbaycana qaytarıldı, Azərbaycan bayrağı orada qaldırıldı. Bu, onu göstərir ki, Azərbaycan müharibəni həm döyüş meydanında, həm siyasi müstəvidə qazandı!

İnanırıq ki ,Qüdrətli Azərbaycan Ordusu hər zaman bizə qalib ölkənin vətəndaşı olmaq qürurunu yaşadacaq!

Yeganə Məhərrəmova,
YAP Xətai rayon təşkilatının "General Əliağa Şıxlinski küçəsi 56/2" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü