26 iyun 2023 18:55
506

Ordumuz dövlətin dayağı, xalqın güvənc yeri və qürur mənbəyidir

Bu gün Azərbaycan Ordusu müharibə dövründə qəhrəmanlıq və peşəkarlıq göstərmiş Azərbaycan ordusundan daha da güclüdür. İyunun 26 da xalqımız Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 105-ci ildönümünü qeyd edir.

Məlumdur ki, XX əsrdə Azərbaycan ilk dəfə dövlət müstəqilliyi əldə etmişdir. 1918-ci ildə xalqımız rus imperializminin əsarətindən xilas olaraq Azərbaycan Xalq Cümhuriyyətini quranda ordumuz yox idi. Ona görədə Azərbaycan Xalq Cümhuriyyətinə rəhbərlik edən insanların dövlət quruculuğu istiqamətində ilk tədbirlərindən biri müstəqil,dövlətin silahlı qüvvələrinin formalaşdırılması oldu. Təəssüf ki,Xalq Cümhuriyyəti 23 ay yaşadı və bu qısa müddət ordu quruculuğunun yüksək səviyyədə həyata keçirməsinə imkan vermədi.

Azərbaycan ordusunun formalaşması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdr. Ulu Öndərin təşəbbüsü ilə sovet dövründə Cəmşid Naxçıvanski adına iixtisaslaşdırılmış Hərbi məktəbin yaradılması milli zabit kadırlarının hazırlanmasında mühüm rol oynadı. Burada yetişən peşəkar zabitlər dövlət müstəqilliyimizin,ərazi bütövlüyümüzün qorunmasının təminatçısı oldu. Görkəmlı dövlət xadiminin əsasını qoyduğu ordu quruculuğu siyasətinin ölkə Prezidenti Ulu Öndərimizin layiqli davamçısı Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki,ölkəmiz müstəqil siyasət yeridir,güclü hərbi potensiala malikdir, dünyaya söz sahibidir və heç kimdən aslı deyil.  Məhz ordu quruculuğu sahəsində aparılan məqsəd yönlü siyasət nəticəsində 30 il işğal altında qalan torpaqlarımız düşmən tapdağından azad edildi. Xalqımız tariximizə qızıl həriflərlə yazılan şanlı Zəfər əldə etdi. Bu Zəfərin möhürü Türk dünyasının mədəniyyət paytaxtı olan Şuşada vuruldu. Əsgərlərimiz əliyalın böyük sücaət və qəhrəmanlıq göstərərək azad etdikləri Şuşa Ermənistanı məğlubiyyətə düçar etdi.Üçrəngli bayrağımız tarixi torpaqlarımızda əbədi qaldırıldı.

Bu gün Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq işləri hesabına keçmiş məcburi köçkülər öz dədə-baba öz torpaqlarına qaytarılır. İkinci Qarabağ müharibəsindən sonra ölkə baçısının rəhbərliyi ilə ordu quruculuğu sahəsində aparılan ardıcıl və məqsədyönlü tədbirlər Ordumuzun gücünü daha da artırb. Dünyada geosiyası vəziyyət gərginləşdiyi, Ermənistanda revanşist qüvvələrin baş qaldırdığı bir vaxtda Ordumuz daha da gücləndirilməsinin bir nömrəli vəzifə olduğunu qeyd edən Prezident cənab İlham Əliyev bu mənada yeni pilotsuz uçuş aparatlarının, uzaq mənzilli raketlərin ölkəmizə gətirilməsi ilə bağlı kontraktlar imzalanmasının yəni döyüş birləşmələrinin ilk növbədə Komando Qüvvələrinin yaradılmasının,xüsusi təyinatlı qüvvələrdə şəxsi keyfiyyətin say tərkibi genişləndirilməsini önəmli olduğunu deyib. “Yəni biz bütün addımlarımızı vahid proqram əsasında atmişiq” Bizim Ordumuz güclüdür.Ordumuzun gücü gündən-günə artır. Ölkəmizi güzəl gələcəyi var.Azərbaycan xalqı. Azərbaycan dövləti işğal olunmuş torpaqları mütləq azad edəcəkdir. Azərbaycan Ordusu dövlətin dayağı,xalqın güvənc yeri və qürur mənbəyidir.

Nabat Rəfiyeva,
Bakı şəhəri,Xətai rayonu 316 saylı körpələr evi-uşaq bağçasının müdiri,
YAP Xətai rayon təşkilatının üzvü