Azərbaycan Respublikasının Prezidenti,Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 23 iyunda Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olub, hərbi hissəyə Döyüş bayrağını təqdim edib.Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib,Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Prezident İlham Əliyev tədbirdə çıxış edib.Hərbiçiləri Silahlı Qüvvələr Günü münasibətilə təbrik edən Ali Baş Komandan Vətən Müharibəsində Xüsusi Təyinatlı Qüvvələrin göstərdikləri igidliklərdən,qəhrəmanlıqlarından söz açıb.Bildirdiki,müasir döyüş əməliyyatlarını nəzərə alaraq yeni Komando Qüvvələrinin yaradılması qarşıya bir vəzifə kimi qoyulmuşdur və bu vəzifə uğurla icra edilir.
Qeyd etmək lazımdır ki, müasir Azərbaycanda ordu quruculuğunun təkmilləşdirilməsi ən vacib məsələlərdən biridir. Xüsusilə də İkinci Qarabağ Müharibəsindən sonra ordu quruculuğunda yeni addımlar atılır,ordunun daha da güclənməsi üçün kompleks tədbirlər görülür.Yeni döyüş birləşmələrinin yaradılması, ilk növbədə, Komando Qüvvələrinin yaradılması döyüş qabiliyyətimizin artırılması üçün önəmli amillərdən biridir.Müdafiə Nazirliyinin dəniz piyadalarının sayı bir neçə dəfə artırılıb və bu artım davam edir. Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti - bu qurumların xüsusi təyinatlı qüvvələrinin sayı dəfələrlə artırılıb və bütün bu böyük qüvvə bir məqsəd güdür, ərazimizin qorunması, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi və əgər bizim təhlükəsizliyimizə təhdid olarsa, düşmən qüvvələrə sarsıdıcı zərbələrin endirilməsi.Bu gün Azərbaycan o ölkələrdəndir ki, öz müqəddəratını özü müəyyən edir, heç kimdən asılı deyil və olmayacaq, öz sözünü açıq deyir və müstəqil siyasət aparır. Yəni, bizim ölkəmiz, sözün əsl mənasında, müstəqil ölkədir, çünki müstəqil siyasət aparmaq iqtidarındadır və bizə bu gücü verən, ilk növbədə, bizim hərbi potensialımızdır.Artıq düşmən belə bu qüdrətli ordunun qarşısında tab gətirə bilməyəcəyini anlayıb,Vətən Müharibəsi buna ən gözəl nümunədir.
Ali Baş Komandanın dediyi kimi:”Azərbaycan güclü dövlətdir və Azərbaycanın güclü ordusu var!”
Silahlı Qüvvələr Günün mübarək Azərbaycan Ordusu!
Günel Süleymanlı,
YAP Xətai rayon təşkilatının "General Şıxlınski 56/2" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü