26 İyun Silahlı Qüvvələr Günüdür. Bu gün müstəqil dövlətimizin əsas atributlarından biri olan ordumuzun bayramıdır. Hansıki igid əsgərləri ilə gecə-gündüz ərazi bütövlüyümüzün keşiyində durur. Ordu deyiləndə ilk olaraq göz önünə əsgərlərimiz gəlir. Bu günün əsgərlərini isə dünənin şagirdləri təşkil edir. Bunun üçün təhsil ocaqlarında, uşaq müəssisələrində, məktəblərdə hərbi vətənpərvərlik işinin təbliği güclü olmalıdır. Bu münasibətlə respublikanın bütün təhsil və mədəniyyət ocaqlarında, məktəblərdə, kitabxanalarda, muzeylərdə və s. yerlərdə möhtəşəm tədbirlər keçirilməlidir.
İstənilən dövrdə ordu dövlətin varlığının qorunmasında, ərazi bütövlüyünün təmin edilməsində, regionda və dünyada söz sahibi olmasında müstəsna rol oynayır. Bizim Ali Hərbi Məktəbimiz, Ali Hərbi Təyyarəçilik Məktəbimiz, Ali Hərbi Dənizçilik Məktəbimiz, Hərbi Akademiyamız, Təkmilləşdirmə kursları ordumuzu təmin etmək, lazım olan qüvvəlləri hazırlamaq üçün müxtəlif səviyyədə yaranmış kurslar-bunların hamısı artıq Azərbaycanda Silahlı Qüvvələrin böyük bir təhsil sisteminin tam yaranmasını nümayiş etdirir və bu davam edəcək. Tarixdən də görürük ki, güclü dövlətlərin hər biri, müstəqilliyinin ilk illərində müəyyən sınaqlarla qarşı-qarşıya qalırlar. Qədim və zəngin dövlətçilik tarixinə malik Azərbaycan zaman - zaman belə sınaqlar qarşısında qalsa da, hər zaman özünün sərkərdələri, hərbi xadimlərinə güvənib. Əsrlərlə xalqımızı düşmənlər nə qədər əsarətdə saxlamaq istəsələr də, igid oğullarımızın sayəsində onun varlığına toxuna bilməyiblər. Bu anlamda Azərbaycan özünün hərbi xadimləri, hərbi uğurları ilə daim fəxr edib. Hələ ötən əsrin əvvəllərində əldə olunan müstəqillik illərinə təsadüf edən ilk Milli Ordumuzun yaradılması keşməkeşli bir inkişaf yolu keçmişdir. Çünki bu dövrdə milli ordunun yaradılması çox çətin idi. Orduya çağrılan müsəlmanlardan alınan can vergisi onları hərbi işlərdən uzaqlaşdırırdı. Azərbaycan Xalq Cümhuriyyəti zamanı 1918-ci ildə elan edilmiş hərbi vəziyyətdən sonra iyunun 26-sı Milli Ordunun yaradılması haqqında fərman verilir. Müsəlman korpusu Əlahiddə Azərbaycan korpusu adlandırılır. Çar Rusiyasının tanınmış generallarından olan Səməd bəy Mehmandarov hərbi nazir təyin edilir. Lakin həmin vaxt Cənubi Qafqazda azərbaycanlılara qarşı baş qaldırmış erməni təcavüzü yeni yaranmış dövləti təhlükə qarşısında qoyur. Bu çətin vaxtlarda isə təzə müstəqillik qazanmış bir ölkənin köməyinə qonşu dövlət Türkiyə çatır. Türkiyə ilə imzalanmış müqaviləyə əsasən Nuru Paşanın komandanlığı altında Azərbaycana gələn “İslam ordusu” burada milli kadrların yetişməsində yaxından iştirak edir. Minlərlə azərbaycanlı silaha sarılıb torpaqlarımızın xilası naminə yaradılmış orduya qoşulur. 1918-ci Azərbaycanın ərazi bütövlüyünün qorunmasında ordumuzun böyük xidmətləri olur.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə ermənilərin azərbaycanlılara qarşı təcavüzünün qarşısını almaq üçün yaradılmış ilk Azərbaycan Milli Ordusunda general Səməd bəy Mehmandarov hərbi nazir, Yaponlarla müharibədə “Artileriya Allahı” kimi tanınan Əliağa Şıxlinski isə nazir müavini təyin edilir. Hüseyn xan Naxçıvanski, İbrahim ağa Usubov, Kazım Qacar, Həbib bəy Səlimov kimi generallardan formalaşmış bir ordu Azərbaycan ərazisini düşmən əlinə keçməsindən müdafiə edir. İlk addımlarını atan müstəqil respublika köməyə çağrılmış Nuru Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusunun səyi nəticəsində Bakını və ətraf qəzaları müdafiə edə bilir. Milli Ordu hissələri Azərbaycan hökumətinə qarşı qaldırılan qiyamların yatırılmasına kömək edir. Təəssüf ki, 23 ay ömrü olan Cümhuriyyətin süqutu ilə ilk müstəqil ordumuzun varlığına da son qoyulur.
Onların davamçıları kimi bu gün Hərbi Akademiya, Azərbaycan Ali Hərbi məktəbi, C. Naxçıvanski adına hərbi lisey öz fəaliyyətini göstərir. Azərbaycan dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra ölkəmiz hərbi sahədə ciddi böhranla üzləşdi. Nizami orduya malik olmayan Azərbaycanın qarşısında duran əsas iş Qarabağ uğrunda gedən döyüşlərdə vəziyyəti nəzarət altına almaq idi ki, bu da çox çətinliklə həyata keçirilirdi. Ordunun maddi-texniki təminatı problemlərlə müşayiət edilirdi. Ancaq tədricən müharibədəki məğlubiyyətlərin qarşısını almaq üçün ölkənin bütün imkanları milli ordu quruculuğuna səfərbər edildi. Məhz həmin vaxtdan ordu quruculuğuna elmi prinsiplərlə yanaşıldı, silahlı qüvvələr pərakəndəlikdən xilas oldu, ordudakı siyasiləşməyə son qoyuldu. Xalqın təkidli tələbi ilə hakimiyyətət qayıdan Ulu Öndər Heydər Əliyev xalqı məhv olmaqdan xilas etdi, nizami ordu yaradılmasıan nail oldu. Ordu quruculuğunda yeni mərhələnin əsası qoyuldu. Prezident Heydər Əliyevin 22 may 1998-ci il Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olunur və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir. 26 iyun tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü kimi elan edilir. İmzalanmış atəşkəsdən sonra həmin illərdə Azərbaycan silahlı qüvvələrinə göstərilən qayğı nəticəsində ordunun maddi-texniki bazası gücləndirildi. Bu məqsədlə 1999-cu il fevralın 20-də hərbi akademiyanın yaradılması haqqında Heydər Əliyev tərəfindən sərəncam imzalanır. Azərbaycan Silahlı qüvvələrinin kadr hazırlığının təkmilləşdirilməsi üçün Müdafiə Nazirliyi Sistemində fəaliyyət göstərən məktəblərin yaradılması üçün Heydər Əliyevin 20 avqust 2001-ci il tarixli fərmanına əsasən Azərbaycan Ali Hərbi məktəbi, Azərbaycan Ali Hərbi Dənizçilik məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik məktəbi yaradıldı.
2002-ci ildə isə Silahlı Qüvvələrimizin müasir texnika ilə təmin edilməsinə kömək məqsədi ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım fondu fəaliyyətə başlayıb. 1993-cü il noyabrın 2-də Ulu Öndərimiz Heydər Əliyevin xalqa müraciəti ölkə ictimaiyyətində gələcəyə olan inamı və hərbi vətənpərvərlik hisslərini ikiqat artırdı. Onun bir çağırışı ilə minlərlə insan könüllü olaraq döyüşən orduya yollanır. Ulu Öndərin orduya diqqəti əsgərlərin döyüş əzmini artırdı. 1994-cü il yanvarın 4-də Füzuli-Beyləqan istiqamətində əks-hücuma keçən Azərbaycan Ordusu bir gün ərzində 20-dən çox yaşayış məntəqəsini düşməndən azad etdi.
2020-ci ilin iyulunda düşmənin Tovuz rayonu istiqamətində törətdiyi təxribatların qarşısını rəşadətlə alan cəsur Azərbaycan Ordusu çox keçmədən xalqımıza öz tarixinin ən şanlı qələbəsinin sevincini yaşatdı. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan Ordusunun Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı ilə qazandığı şanlı Qələbə təkcə Azərbaycan tarixində deyil, dünya hərb elminin tarixində də mühüm izlər qoydu. Torpaqlarımızın azad olunması əmrinə daim hazır olan Azərbaycan Ordusu düşmənin təxribatlarının qarşısını alınması ilə bağlı Prezident, Müzəffər Ali Baş Komandanın əmri ilə genişmiqyaslı əks-hücum əməliyyatına — Vətən müharibəsinə başladı. Döyüşlərdə bir addım da geri çəkilməyən Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə vuraraq, 44 gün ərzində işğal altında olan torpaqlarını azad etdi. Düşmənin tam məğlubiyyəti ilə nəticələnən bu müharibə noyabrın 10-da Ermənistanın kapitulyasiya aktını imzalaması ilə başa çatdı.
2020-ci ilin iyulunda düşmənin Tovuz rayonu istiqamətində törətdiyi təxribatların qarşısını rəşadətlə alan cəsur Azərbaycan Ordusu çox keçmədən xalqımıza öz tarixinin ən şanlı qələbəsinin sevincini yaşatdı. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan Ordusunun Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı ilə qazandığı şanlı Qələbə təkcə Azərbaycan tarixində deyil, dünya hərb elminin tarixində də mühüm izlər qoydu. Torpaqlarımızın azad olunması əmrinə daim hazır olan Azərbaycan Ordusu düşmənin təxribatlarının qarşısını alınması ilə bağlı Prezident, Müzəffər Ali Baş Komandanın əmri ilə genişmiqyaslı əks-hücum əməliyyatına — Vətən müharibəsinə başladı. Döyüşlərdə bir addım da geri çəkilməyən Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə vuraraq, 44 gün ərzində işğal altında olan torpaqlarını azad etdi. Düşmənin tam məğlubiyyəti ilə nəticələnən bu müharibə noyabrın 10-da Ermənistanın kapitulyasiya aktını imzalaması ilə başa çatdı.
Turkan Agaverdiyeva,
YAP Xətai rayon təşkilatının fəalı