Azərbaycan xalqının zəngin dövlətçilik tarixi var. Bu tarixin kökləri beş min əvvələ gedib çıxır. Dövlətçilik taiximizlə bağlı olaraq hərb tariximizdə qədim olmaqla yanaşı zəngin tarixə malikdir. İlk dövlətlərimizdən başlayaraq dövlət başçıları həmişə ordu quruculuğuna xususi diqqət yetiriblər. Bunun bir çox səbəbləri var. Ən başlıca səbəblərdən biri ölkəmizin təbii sərvətlər ilə zəngin olmasıdır. Yerləşdiyimiz coğrafiya və təhlükəli təcəvüzkar qonşularımızın olması isə digər ən mühüm səbəblərdən biridir. Bu və digər bu kimi amillər isə güclü orduya malik olmağı tələb edirdi. Hərbi baxımdan güclü olan hökmdarlar ölkəmizi xarici təhlükədən xilas etməyi bacarmaqla yanaşı, əksər hallarda özləri başqa əraziləri özlərinə tabe etməyə nail olurdular. Ağıllı və uzaqgörən siyasi xadimlər başa düşürdülər ki, ərazimizin strateji mövqeyi və təbii sərvətlətin zənginliyi nəinki yaxın qonşuları, hətta uzaqda yerləşən dövlətləri də cəlb edir. Təəsüfki, bu təhlükəli məsələ bu gün də öz aktuallığını qoruyub saxlayır. Dövləti və xalqı bu təhlükələrdən qorumağın ən əsas yollarından biri isə güclü orduya malik olmaqdır.
Böyük siyasi və iderəetmə təcrübəsinə malik olan Heydər Əliyev cənabları bunu anlayırdı və başqalarından fərqli olaraq bu məsələnin heç də qısa müddətə və asan başa gəlməyəcəyini bilirdi. Bəs nə üçün ordu quruculuğu bizim xalq üçün çətin və uzun sürən bir proses hesab olunurdu? Bunun da bir çox səbəbləri var. Düşmənlərimizin dediyi kimi xalqımzın hərb işini sevməməsi, hərbi bacarıqsızlığı fikri tamam absurd bir fikirdir və bu səbəblərə aid etmək olmaz. SSRİ dövründən qalma belə bir fikir formalaşdırılırdıki, azərbaycanlılar hərb işini sevmirlər, onlar hərbi sahədə istedada malik deyillər və s. Bəs nə üçün belə fkir formalaşdırılmışdı? Bunun səbələri çoxdur və tarixi gedib çıxır XIX əsr Çar Rusiyası dövrünə. Çar Rusiyası dövründə hərbi məktəblərə müstəmləkə əsarətində olan xalqların nümayəndələrinə daxil olmağa icazə verilmirdi və ya az hallarda icazə verilirdi. Rus hakim dairələri müstəmləkə etdikləri xalqları dövlətçilik ənənlərindən məhrum etmək üçün onları idarə etmə sahəsindən və hərbi işlərdən uzaq tutmağa çalışırdılar. Bu siyasət bəlkə də bizim xalqa qarşı daha çox tətbiq olunurdu. Çün ki, Rusiya hakim dairələri bizim xalqın zəngin hərbi ənənələrinin olduğunu bilirdilər. Bilirdilər ki, hərb sahəsini seçən azərbaycan xalqının nümayəndələri bu sahədə istedadlı sərkərdələr kimi formalaşır. Hərbi ənənlərə yiyələnən belə istedadlı hərbiçilər isə çətin gündə öz xalqının yanında olacaqlar. Yəni xalqımzın istiqlalı uğrunda azadlıq mübarizəsi olsa həmin hərbiçilər bu mübarizədə öndə olacaqlar. Çar Rusiyası dövründə Azərbaycan türklərinin nümayəndələrindən az da olsa hərbi məktəbərə daxil olmağı bacaranlar olurdu. Onların bir çoxu Rusiya imperiyası dövründə öz istedadları ilə fərqlənmişdilər. Əliağa Şıxlinski, Səməd bəy Mehmandarov, Hüseyn xan Naxçıvanski, İbrahim ağa Vəkilov və başqa onlarla belə hərbiçilər nümunə göstərmək olar. Sovet dövründə Həzi Aslanov, Yaqub Quliyev, Akim Abbasov və s. onlarla belə azərbaycanlı generalın da adını çəkə bilərik. Onların qəhrəmanlığı, sərkərdəlik fəaliyyəti haqda çox danışılıb. Xalqımıza yaxşı tanışdır həmin şəxslər. Amma həmin şəxslər məhz azərbaycanlı olduğuna görə Sovet dövrü tarixşünaslığında və mətbuatda çox nadir hallarda işıqlandırılırdı. Söhbət Rusiya tarixşünaslığından və mətbuatından gedir. Həm bu səbələrə, həm də bilərəkdən belə təbliğ olunmağın nəticəsi idi ki, azərbaycan xalqı haqda hərbi bacarıq haqda mənfi fikir formlaşdırılmışdı.
Keşmiş SSRİ dövründə də xalqımızın nümayəndəlıərinə hərbi məktəblərə qəbul omaq və yüksək həri rütbə, vəzifələrə qalxmağa bilrəkdən şərait yaradılmırıdı. Deyərdim ki, məqsədli, planlı şəkildə manelər yaradılırdı.
Bütün bunların hamısını 1969-cu ildə Azərbaycan SSR KP MK I katibi olan Heydər Əliyev görürdü və bilirdi. Həmin dövrdə Heydər Əliyev SSRİ-nin tanınmış və qabaqcıl hərbi məktəblərindən biri olan Baki Ali Birləşmiş Komandirlər Məktəbinin buraxılış tədbirində iştirak edərkən hərbi məktəbin məzunlarının içərisində azərbaycanlıların olmadığı görür. Səbəbini soruşduqda məktəbin rəhbərliyi azərbaycanlıalrın oxumaq üçün hərbi məktəbə müraciət etmədiyini bilidirir. Ulu Öndər Heydər Əliyev bilirdi ki, bu yalandır. Ona görə də məhz Ulu Öndərin sayəsində 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi internat tipli məktəb açıldı. Həmin məktəbə daha çox azərbaycanlı uşaqlar cəlb olunurdu. Həmin hərbi məktəbi bitirən məzunlara isə hərbi ali məktəblərə qəbul olaq daha asan olurdu. Beləliklə uzaq görən siyasi xadim olan Heydət Əliyevin sayəsində SSRİ ordusunda azərbaycanlı zabitlərin sayı artmağa başladı. Nəhz həmin zabitlər sonradan müstəqil Azərbaycanın ordusunun yaranmağında əsas baza rolunu oynadılar.
Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə kakimiyyətə gələndən sonra əsl ordu quruculuğuna başladı. 1993-cü il yay aylarında vahid komandanlığa tabe olmayan əvəzində ayrı-ayrı şəxslərin tabeliyində çoxlu hərbi hissələr ləğv edildi. İyunun 23-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı qeyd etdi ki, Ulu Öndərin Azərbaycan Ordusunun formalaşmasında xüsusi rolu vardır. Hələ sovet dövründə Naxçıvanski adına hərbi məktəbin yaradılması məhz bu məqsədi güdürdü ki, Azərbaycanda peşəkar zabit təbəqəsi yaransın. “Ulu Öndərin doğum günündə, 100 illiyində mən Şuşada idim. Mən atamın doğum gününü Şuşada qeyd etmişəm və hesab edirəm ki, bu addımda böyük məna var. Şuşa Qarabağın tacıdır. Şuşa azad olunandan sonra Ermənistan dövləti və hökuməti öz məğlubiyyətini qəbul etməyə məcbur olmuşdur. Şuşa bizim gücümüzün, əyilməz ruhumuzun, qəhrəman hərbçilərimizin şücaətinin, qəhrəmanlığının təcəssümüdür”, - deyə dövlətimizin başçısı qeyd edib.
Emin Abbaslı
YAP Xətai rayon təşkilatının "Sadiqcan 23" ünvanı üzrə ərazi partiya təskilatının üzvü