23 iyun 2023 13:34
429

Müstəqilliyimizin Xilaskarı

1991-ci il avqustun 30-da  Ali Sovetin növbədənkənar sessiyasında gərgin müzakirələrdən sonra “Azərbaycan Respublikasının Dövlət müstəqilliyini bərpa etmək haqqında”Bəyannamə qəbul edildi.

1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya aktını qəbul etdi.1991-ci il 18 oktyabra gedən yol gərgin ictimai -siyasi proseslər və o zamankı hakimiyyətin yaratdığı süni maneələrlə müşayiət olunmuşdur. O dövrdə Azərbaycana rəhbərlik edən qüvvələr Azərbaycanın müstəqil dövlət statusunu təsəvvür belə etmir, milli demokratik qüvvələrin müstəqillik uğurunda gündən-günə güclənən mübarizəsinə kommunist hakimiyyətinin sonu kimi baxır və ciddi müqavimət göstərirdilər. 

AXC-Müsavat cütlüyü 1992-ci ilin mayında xarici qüvvələrin təhriki ilə və silahlı yolla o zaman üçün tam nüfuzdan düşmüş Mütəllibov hökumətini  devirərək siyasi hakimiyyəti ələ keçirdilər.  AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə Azərbaycanın müstəqilliyinə,dövlətçiliyinə böyük zərbə vuruldu,ölkə vətəndaş müharibəsi astanasına gətirildi.

1992-ci il oktyabın 16-da vətəndaş qarşıdurmasını açıq şəkildə müşahidə edərək,yaxınlaşan milli fəlakəti hiss edən bir qrup vətənpərvər Azərbaycan ziyalısı Heydər Əliyevə müraciət etdi. Müraciətdə ziyalılar Azərbaycanı düçar olduğu fəlakətli böhrandan çıxarmaq məqsədi ilə ölkədə bütün vətəndaşları, sağlam düşüncəli qüvvələri öz ətrafında birləşdirə bilən yeni bir siyasi partiyanın yaradılması və ona rəhbərlik etmək məsələsinə münasibət bildirməsini Heydər Əliyevdən xahiş edirdilər. Respublikada gündən-günə kəskinləşən vəziyyətin fonunda Azırbaycanı canı qədər sevən bir lider kimi Heydər Əliyev əlbəttə ki,çox saylı ölkə ziyalılarının, geniş xalq kütlələrinin tələblərini cavabsız qoya bilməzdi. Bakıda qurultay keçirməsinə imkan verilməyən ziyalılar və partiya qurucuları soyuq və şaxtalı Naxçıvana axışdı və noyabrın 21-də Yeni Azərbaycan Partiyası adlanan siyasi təşkilatı yaratdılar. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə Azərbaycan xalqının görkəmli lideri Heyder Əliyev siyasi hakimiyyətə qayıtdı. Onun qayıdışı ilə ölkəmiz iflasdan xilas oldu. Beləliklə, müstəqillik dövrünün tarixi, yaşadığımız hər bir gün Ulu Öndərin söylədiyi “Müstəqilliyi qorumaq onu qazanmaqdan daha çətindir” fikrini bir daha təsdiq edir.

Aybəniz Məmməd-zadə,
Bakı şəhəri, Xətai rayonu 63 nömrəli tam orta məktəbin tarix müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü