22 iyun 2023 00:37
479

Ulu Öndər Azərbaycan ədəbiyyatının inkişafına böyük töhfə verib

Azərbaycan xalqının xilaskarı, dahi şəxsiyyət, qəlbimizdə əbədi yaşayan Ulu Öndər Heydər Əliyevin xalqımız, dövlətçiliyimiz qarşısında xidmətləri misilsiz və danılmazdır. 1993-cü ilin iyun ayında Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıtması ilə bütün sahələrdə müsbət dəyişikliklərin əsası qoyuldu. Məhz Ümumilli Lider Heydər Əliyev uzaqgörən siyasəti və əzimkarlığı sayəsində müstəqil Azərbaycan dövləti məhv olmaq təhlükəsindən qurtuldu. Həyatını xalqının, vətəninin inkişafı və tərəqqisinə həsr edən Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycan mədəniyyətinə, elminə və milli-mənəvi dəyərlərinə xüsusi həssaslıq və qayğı ilə yanaşmışdır. Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri misilsizdir və xalqımız bu xidmətləri hər zaman çox yüksək qiymətləndirir.

XX əsr Azərbaycan mədəniyyətinin inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan xalqını, onun mədəniyyətini, ədəbiyyatını, elmini yüksəklərə qaldıran böyük şəxsiyyətlərdən biri də Hüseyn Caviddir. Hüseyn Cavidin yaratdığı əsərlər Azərbaycan xalqının milli sərvətidir. Onlar bu gün üçün, gələcək nəsillər üçün dərslik kitabıdır. Hüseyn Cavidin  bütün yaradıcılığı, bütün fəaliyyəti Azərbaycan xalqının mədəniyyətini yüksəklərə qaldırmaqdan, xalqımızı azad, müstəqil xalq etməkdən ibarət olubdur. 1982-ci ildə Hüseyn Cavidin cənazəsini uzaq Sibirdən gətirməsi və doğma Naxçıvan torpağında dəfn etdirməsi, bu gün Cavidlərin birgə uyuduğu möhtəşəm məqbərənin tikilməsi Ulu Öndər Heydər Əliyevin böyük qəhrəmanlığı, misilsiz rəşadəti, təkcə Cavidə deyil, ümumən Azərbaycan ədəbiyyatına, bədii-ictimai fikrinə tarixi ehtiramı idi. O, 1995-ci ildə Hüseyn Cavidin məqbərəsinin və ev muzeyinin yaradılmasına həsr edilmiş müşavirədə demişdir: “Bilirsiniz ki, Hüseyn Cavidin həyatı, yaradıcılığı Azərbaycan üçün nə qədər dəyərli, əhəmiyyətli olub, onun qoyduğu ədəbi-mənəvi irs bizim üçün nə qədər əhəmiyyətli və gərəklidir. Eyni zamanda, onun həyatı faciəli olubdur. Ancaq bu faciəli dövrlər onun yaradıcılığını Azərbaycan xalqının qəlbindən çıxara bilməyib, yaşadıbdır”.

Ümummilli Lider Heydər Əliyevin rəhbər olduğu illərdə məktəbəqədər təhsil müəssisələrinin, orada təhsil alanların sayı kifayət qədər artmışdır. Sosial-iqtisadi və mədəni yüksəlişin məhz ümumi təhsildən keçdiyinə dərindən əmin olan Ümummilli Lider əsas diqqətini bu sahəyə yönəltmiş, məktəblərdə şəraitin daha da yaxşılaşdırılması üçün ardıcıl qərarlar vermişdir. Həmin qərarlara görə ümumtəhsil məktəblərinin şəbəkəsi genişləndirilmiş, keyfiyyət dəyişilikləri həyata keçirilmişdir, yeni məktəb binaları tikilmiş və şagird təlim şəraiti yaxşılaşdırılmışdır. Ulu Öndərin ölkə rəhbərliyi dövründə şagirdlərin pulsuz dərsliklərlə təmin olunmasına başlanmış və hazırda da bu davam edir. Şagirdlərin dərsliklərlə və müəllimlərin tədris vəsaitləri ilə təmin olunması dövlətin təhsilə verdiyi böyük önəmdir.

Azərbaycan yazıçılarının X qurultayında Ulu Öndər belə deyirdi: "Ancaq, eyni zamanda, 1969-cu ildən tale mənim üzərimə böyük bir vəzifə, böyük bir məsuliyyət qoymuşdur. Görkəmli dövlət xadimi Heydər Əliyevin də xüsusi rəğbət bəslədiyi yazıçı və şairlər, ayrıca fərqləndirdiyi, üstünlük verdiyi bədii əsərlər olmuşdur. Müsahibələri və çıxışlarında aydın olur ki, Heydər Əliyev dram əsərləri içərisində Cəlil Məmmədquluzadənin "Ölülər" tragikomediyasına, şairlərdən Xalq şairi Səməd Vurğunun "Azərbaycan" şeirinə, poema baxımından Məhəmmədhüseyn Şəhriyarın "Heydərbabaya salam" poemasına, milli mətbuat sırasından "Molla Nəsrəddin" jurnalına, opera üzrə Üzeyir bəy Hacıbəylinin "Koroğlu"suna, mənzum faciələrdən Hüseyn Cavidin "İblis" əsərinə... xüsusi önəm verdiyini nəzərə çarpdırmışdır. Bütün məqamlarda Heydər Əliyevin bədii ədəbiyyata münasibətdə şəxsi maraqları ilə dövlətçilik düşüncəsinin üst-üstə düşdüyü, bir-birini tamamladığı aşkar müşahidə olunur.

Ulu öndər Azərbaycan ziyalılarına və Azərbaycan elminin, mədəniyyətinin inkişafına, qorunmasına xüsusi önəm vermişdir. Ümummilli lider Heydər Əliyev Azərbaycan elminin nümayəndələrinə hər zaman xüsusi diqqət və qayğı ilə yanaşmışdır. Azərbaycanın elm xadimlərinə hər zaman xüsusi qayğı ilə yanaşan Heydər Əliyev demişdir: “Şəxsən mən elm xadimlərinə həmişə böyük hörmətlə yanaşmışam, ona görə ki, elm adamları müstəsna adamlardır”.

Arzu Əliyeva,
YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı