21 iyun 2023 11:12
589

Azərbaycan-Pakistan əməkdaşlığı hər iki ölkə üçün vacib əhəmiyyət kəsb edir

Azərbaycan 30 il ərzində Ermənistanla danışıqlarda iştirak etsə də,  bu danışıqlar heç bir nəticə vermədi. Yalnız bizim hərbi gücümüz və Azərbaycan Ordusunun əzmi ərazi bütövlüyümüzü  bərpa  etdi. Biz ərazi bütövlüyümüzü bərpa etdik, torpaqlarımızı 3 min övladımızı şəhid verərək döyüş vasitəsilə aldıq.

“Gün gələcək  və bu gün işğal altındakı torpaqlar  azad olunandan sonra  orada qaldırılacaq  Azərbaycan bayrağı  Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs  günü yaxınlaşdırmalıyıq  və yaxınlaşdırırıq” –Azərbaycan Respublikasının Prezidenti ,Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin  dediyi   bu sözlər  öz əksini  10 dekabr  2020-ci il   tarixdə keçirilmiş  hərbi  paradda  tapdı.

İşğal   olunmuş   ərazilərin  azad  edilməsi  bütün  bu illər ərzində  hər bir azərbaycanlı üçün  şərəf məsələsi  idi .Bu məsələ   təkcə  yüz minlərlə insanın öz yurduna  qayıtması,sərhədlərin təhlükəsizliyinin qorunması demək deyildi,ilk növbədə ədalətin öz yerini tutması ,şübhəsiz,milli qürurun  bərpası demək idi. Son onilliklər  ərzində  ölkədə  qazanılmış    nailiyyətlər xalqın şüurunda  Azərbaycan Ordusunun  Vətən müharibəsindəki   zəfəri ilə  müqayisə oluna  bilməzdi. Bu Zəfər xalqın öz Lideri ilə əsl birliyi idi. 

İşğal olunmuş torpaqlarını azad edilməsi əməliyyatlarında bir sıra ölkələr Azərbaycanı açıq şəkildə dəstəkləyir. Bunların sırasında ən çox diqqət çəkən ölkələrdən biri də Pakistandır.

Pakistan Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 12-də, Türkiyədən sonra ikinci tanıyan ölkədir. 1992-ci il iyunun 9-da iki ölkə arasında diplomatik münasibətlər yaradılıb, Pakistanın Azərbaycanda səfirliyi açılıb.  

Ulu  Öndər  Heydər Əliyev İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin Dövlət və Hökumət başçılarının 9-11 dekabr 1997-ci ildə Tehranda keçirilən VIII zirvə görüşündə iştirak etmək üçün səfərdə olarkən, 1997-ci ilin 10 dekabrında Tehranda Pakistanın baş naziri Nəvaz Şəriflə görüşündə   bildirib ki, nüfuzlu beynəlxalq təşkilatların toplantılarında  Azərbaycan  həmişə  Pakistanın mövqeyini dəstəkləyib. Baş nazir  Nəvaz Şərif  də  Pakistanın  Azərbaycanın  haqq  işini dəstəklədiyini elan edib və  Ermənistanın  təcavüzkar  siyasətini   qətiyyətlə pisləyib.

Görkəmli siyasi xadim  Heydər Əliyevin  işləyib hazırladığı  siyasətin öyrənilməsinə,ölkənin tərəqqisi naminə  Ümummilli Liderin  zəngin irsindən  bəhrələnən   İlham Əliyev də Pakistanla münasibətlərin inkişaf etdirilməsinə diqqətlə yanaşır.

2016-cı il 1 yanvar tarixində Davosda  Prezident İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Navaz Şərif ilə görüşü olub. Prezident İlham Əliyev bu görüşün ölkələrimiz arasındakı münasibətlərin müzakirəsi baxımından əhəmiyyətli olduğunu deyib. Azərbaycan ilə Pakistan arasında əməkdaşlığın səviyyəsindən məmnunluğunu ifadə edən dövlətimizin başçısı ölkələrimizin beynəlxalq təşkilatlarda bir-birinə verdiyi dəstəyi yüksək qiymətləndirib. “Bizim üçün Pakistan dünyada ən yaxın müttəfiq ölkələrdəndir və biz tərəfdaşlığımızın daha da gücləndirilməsini istəyirik”, - deyən Prezident İlham Əliyev iqtisadi əlaqələrimizi də çox güclü olan siyasi əməkdaşlığın səviyyəsinə qaldırmağın vacibliyini vurğulayıb, ölkələrimizin energetika, nəqliyyat, sərmayə qoyuluşu, təhlükəsizlik sahələrində əməkdaşlıq etməsinin əhəmiyyətini bildirib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Zübair Mahmud Hayatı qəbul edib. Prezident İlham Əliyev Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Zübair Mahmud Hayatın Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyinə həsr olunmuş hərbi paradda iştirak etmək üçün ölkəmizə gəlməsindən məmnunluğunu ifadə edib və bunu ölkələrimiz arasında qardaşlıq və tərəfdaşlıq əlaqələrinin göstəricisi kimi dəyərləndirib.

Prezident İlham Əliyev  Baş nazir Məhəmməd Şahbaz Şərifin ölkəmizə səfəri zamanı  öz çıxışında önəmli amillərə toxunmuşdu. Azərbaycan Pakistanı Kəşmir məsələsində hər zaman dəstəkləyib, bu dəstək davam edəcəkdir. Biz bütün beynəlxalq təşkilatlarda bu dəstəyi və həmrəyliyi nümayiş etdiririk. Əlbəttə ki, qarşılıqlı dəstək bizim ölkələri və xalqları daha da yaxınlaşdırır.

Azərbaycan  xalqı çox gözəl bilir ki, 44 günlük müharibə dövründə kim bizimlə bir yerdə idi. Bu, Türkiyə və Pakistan idi. Hər iki ölkə müharibə zamanı ciddi siyasi dəstək nümayiş etdirdi.

Elə buna görə də dövlətimizin möhtərəm kürsülərində Azərbaycan ,Türkiyə və Pakistan bayraqları birgə dalğalanır.

Arzu Mehrəliyeva,
YAP Xətai rayon təşkilatının "P.Həşimov 34" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü