20 iyun 2023 12:27
380

Heydər Əliyev və Hüseyn Cavid irsi

Hüseyn Cavid bizim üçün doğurdan da əzizdir. O,tariximizin böyük şəxsiyyətidir və böyük bir irs qoyub. Xalqımız,tariximiz nə qədər yaşayacaqsa Hüseyn Cavid irsi də o qədər yaşayacaq və xalqımız ondan istifadə edəcək. Tarixdə öz izini qoymuş siyasi xadimlərin bir çoxu siyasi fəaliyyətlə yanaşı dünya ədəbiyyatını mütaliə etmiş,ədəbi simaların fikirləri ilə tanış olmuş,onların həyat və yaradıcılıqlarını araşdırmışdır.

Heydər Əliyev də məhz geniş ədəbi biliyə malik olan dahi tarixi şəxsiyyətlərdəndir. O,1997 ci  ildə Azərbaycan yazıçılarının X qurultayı zamanı çıxışında  belə demişdir: ”Mən ədəbiyyatı çox sevən adamam. Orta məktəbdə oxuyarkən Azərbaycan yazıçılarının,şairlərinin bütün əsərlərini sevə-sevə oxumuşdum. O illərdə, o uşaqlıq və gənclik illərində onlar mənə o qədər təsir edib ki, mən onları unutmamışam. Yəni onlar mənə o qədər təsir edib,mən onlardan bəhrələnmişəm,mənəvi qida almışam.”

Dahi şəxsiyyət öz həyat və siyasi fəaliyyəti ilə əlaqədar olaraq çox gözəl bilirdi ki,ziyalılar öz xalqının görən gözü,düşünən beyni,döyünən ürəyidir.Elə buna görə də özünün bütün siyasi fəaliyyəti dövründə Heydər Əliyev mənsub olduğu və daima qürur duyduğu xalqının aliminin, müəlliminin, həkiminin, şair və yazıçısının bir sözlə bütün ziyalısının qayğısına qalır, onları daima diqqət mərkəzində saxlayırdı.

XX əsrin 30-cu illərində sovet rejimi öz qanlı pəncələri ilə Azərbaycanın neçə-neçə görkəmli ziyalısının həyatına son qoydu. SSRİ rəhbərləri düşünürdü ki,bir milləti məhv etməyin əsas üsulu onun ziyalısını-görən gözünü kor etməkdi. Məhz 30-cu illərin qanlı represiyaları zamanı Əhməd Cavad,Mikayıl Müşviq, Salman Mümtaz, Hüseyn Cavid və daha neçə ziyalılarımız ya cismən məhv edilib ya həbs olunub ya da uzaq Sibirə-gedər-gəlməzə sürgün olunublar.

Lakin düşmən bir şeyi unutmuşdu: bu xalqı tarixin çətin sınaqlarından qalibiyyətlə çıxaran nə qədər qəhrəman öladları,tarixi şəxsiyyətləri var...

XX əsrin 60-80-ci illərində Azərbaycanı idarə etmiş millətimizin qəhrəman oğlu Heydər Əliyev hələ 30-cu illərdə represiyalara məruz qalmış ziyalılarımızın həyat və yaradıcılığının araşdırılması istiqamətində əxəzolunmaz xidmətlər həyata keçirmişdir.

1982-ci ildə Heydər Əliyev böyük mütəfəkkir Hüsen Cavidin nəşini uzaq Sibirdən gətirdərək şairin doğma vətənində-Naxçıvanda dəfn etdirdi.Öz vətənini aşiqi olan şairin ruhu artıq doğma vətən torpaqlarına dolaşırdı.

Ulu Öndər Heydər Əliyev 29 oktyabr 1996-cı ildə Naxçıvanda Hüseyn Cavidin məqbərəsinin açılışındakı nitqində demişdir: Mən çox məmnunam,sevinirəm ki,15 il əvvəl qəbul etdiyim qərar həyata keçir. Mənim arzularım həyata keçir. Mən sizi də özümü də bu münasibətlə təbrik edirəm. Hüseyn Cavidin məqbərəsi Naxçıvanın memarlıq tarixində yeni səhifədir.Ümidvaram ki,Möminə xatun türbəsi kimi bu abidə də əsrlər boyu yaşayacaqdır.

Güman edirəm ki, gələcək nəsillər bu günü xatırlayacaq və bu abidəni yaradanları unutmayacaqlar. Siyasi xadim kimi möhkəm xarakterə,güclü iradəyə malik olan Ümumimilli Lider Heydər Əliyev eyni zamanda incə bir şair ruhuna malik idi. Elə buna görə də Azərbaycanın şair və yazıçılarını daima yüksək dəyərləndirir,onların həyat vəyaradıcılığının araşdırılması istiqamətində tapşırıqlar verirdi. Dahi şəxsiyyət Heydər Əliyevin miras olaraq qoyduğu bu qiymətli irs bu gündə onun layiqli davamçısı Azərbaycan Respublikasın prezidenti İlham Əliyev  tərəfindən həyata keçirilir.

Mirvari Cəfərova,
Bakı şəhəri, Xətai rayonu T.Bağırov adına 59 nömrəli tam orta məktəbin fizika müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü