Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyi dövründə Azərbaycan-Pakistan münasibətləri müasir inkişaf mərhələsinə yüksəlib.
Müstəqillik illərində Azərbaycan-Pakistan əlaqələrinin inkişafı, müxtəlif sahələrdə münasibətlərimizin genişləndirilməsi daim yüksələn xətlə inikas etmişdir. Pakistan və Azərbaycan arasındakı mədəni irs, qlobal və regional məsələlərlə bağlı əməkdaşlıq dövlətlərarası münasibətlərin yüksək səviyyədə oldugunu göstərir.
1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini elan edəndən bu günümüzə qədər Pakistana fərqli siyasətçilər rəhbərlik etsələr də, o cümlədən ölkənin siyasi kursu bir qədər dəyişsə də, bu dövlətin Azərbaycana olan münasibəti heç vaxt dəyişməyib. Azərbaycana ən yaxın və dost ölkələrdən biri olan Pakistan ölkəmizin mənafeyini bütün beynəlxalq təşkilatlarda ardıcıl olaraq müdafiə edib, Ermənistanın təcavüzünə birmənalı münasibət bildirib. 1993-cü il aprelin 30-da BMT Təhlükəsizlik Şurasının Azərbaycana dair 822 nömrəli qətnaməsinin qəbul edildiyi iclasa Pakistan sədrlik edib. Ölkələrimiz arasında münasibətlər birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub. Birmənalı şəkildə Pakistan hər zaman Azərbaycanın yanında olub. Ölkəmizə xoş münasibət Pakistanın dəyişilməz dövlət siyasətidir və bu qardaşlığı dövlətimiz və xalqımız hər zaman hiss edib. Pakistan-Azərbaycan münasibətləri yalnız indi və 44 günlük Vətən müharibəsi zamanı deyil, həmişə yüksək səviyyədə olub. Hər iki ölkə istər beynəlxalq təşkilatlar səviyyəsində, istərsə də ikitərəfli münasibətlərdə bu vaxta qədər nümunəvi münasibətlər sərgiləyib. Münasibətlərin yüksək səviyyədə qorunması ölkə rəhbərlərinin bu əməkdaşlığa böyük önəm verməsindən irəli gəlir.
Bu baxımdan Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin ölkəmizə səfərinin əhəmiyyəti böyükdür. Cari ilin 15 iyununda Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin ölkəmizə rəsmi səfəri, aparılan danışıqların nəticələri bir daha göstərdi ki, Azərbaycan dost ölkə ilə münasibətləri ən yüksək səviyyəyə çatdırmaqda maraqlıdır.
Hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlıq xalqlar arasında ənənəvi dostluq və qarşılıqlı etimadın təzahürüdür.
Manaf Talıbov,
BANM böyük metodist,
YAP Xətai rayon təşkilatının "Xocalı prospekti 30 unvanı" üzrə ərazi partiya təskilatının üzvü