Xalqımızın müstəqillik tarixində müstəsna yeri olan 15 iyun- Milli Qurtuluş Günü ilə ölkəmizin həyatında yeni dövr başlanmış, dövlətçiliyimizin dönməz və əbədi olması üçün mühüm və səmərəli fəaliyyətin əsası qoyulmuşdur. Xalqımızın yaddaşına həkk olunmuş Qurtuluş Günü ölkəmizin hər yerində Heydər Əliyevə dərin hörmət və böyük minnətdarlıq hissi ilə qeyd olunur. Ulu öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı tarixi zərurət idi. Bu qayıdışın daha bir nəticəsi xalqın özünəinam hissinin bərpası idi. Təsadüfü deyil ki, Heydər Əliyev Naxçıvandan Bakıya dönən gün bütün Azərbaycan sevinc içərisində idi. Çünki həmin gün ürəklərdə ümidsizlik və iztiraba son qoyulurdu. Xalq inandığı, etibar etdiyi oğlunu və rəhbərini gülçiçəklə, qəlbinin ən böyük sevinci ilə qarşılayırdı.
Azadlıq, müstəqillik hər bir xalq, dövlət üçün ən müqəddəs nemətdir. Azərbaycan xalqı öz azadlığı, müstəqilliyi uğrunda illərlə mübarizə aparmışıq, bu yolda minlərlə şəhid vermişdir. Ulu öndər Heydər Əliyevin “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir” tezisi hər bir dövr üçün aktuallığını qoruyur, birliyə, həmrəyliyə, bir çağırış kimi önə çəkilir. Bu baxımdan, Azərbaycanın dövlət müstəqilliyininn qorunması və möhkəmləndirilməsi Heydər Əliyevin adı ilə bağlıdır.
Biz azadlığımız, müstəqilliyimiz naminə ağır sınaqlardan keçmişik. Lakin unutmayaq ki, qüdrətli və möhkəm dövlət olmadan azadlıq və müstəqillik də yoxdur. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyunu onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Vətənini, xalqını sevən, həmin çətin və ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir.
Ümummilli Lider Ulu Öndər Heydər Əliyevin müdrikliyi ilə Azərbaycanın bir sıra ciddi problemləri həllini tapdı. Ölkəmiz hər şeydən əvvəl vətəndaş müharibəsi təhlükəsindən, parçalanmadan və beynəlxalq aləmdən təcrid olunmaqdan xilas oldu. Böyük zəhmət, gərgin fəaliyyət sayəsində başa gələn daxili içtimai-siyasi sabitlik, sosial inkişaf və nəhayət, olduqca böyük iqtisadi tərəqqi... Məhz Ümummilli Lider Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində bu gün respublikamız öz inkişaf tempinə görə nəinki MDB ölkələrindən, hətta dünyanın bir çox iri və inkişaf etmiş dövlətlərindən də öndədir.
Biz azadlığımız, müstəqilliyimiz naminə ağır sınaqlardan keçmişik. Lakin unutmayaq ki, qüdrətli və möhkəm dövlət olmadan azadlıq və müstəqillik də yoxdur. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyunu onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir.
Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısında ən böyük xidməti kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsidir. Dövlətimizin qorunub saxlanılması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması deməkdir, qurtuluş deməkdir!
Azərbaycan dövlətçiliyi ona qarşı yönəlmiş qəsdlərdən uğurla çıxdı. Ümummilli Liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı, sabitlik yaratdı. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə milli-mənəvi dəyərlərimiz bərpa edildi, onun qətiyyəti, apardığı uğurlu daxili və xarici siyasət sayəsində ölkəmiz xaosdan xilas oldu, sivil demokratik inkişaf yolu ilə inamla irəliləyərək böyük nailiyyətlər qazandı.
2003-cü ildən Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizin iqtisadi və siyasi mövqeyini daha da möhkəmləndirmişdir.
Aynur Mustafayeva,
YAP Xətai rayon təşkilatının "Cavanşir 12" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü