2021 –ci il 15 iyun Milli Qurtuluş Günü Azərbaycanda fərqli bir ab-havada qeyd edildi. Torpaqlarımızın işğaldan azad edilməsindən, ədalətin bərpasından sonra ilk dəfə dövlətçilik tariximizin Şanlı səhifəsi olan Milli Qurtuluş Gününü Zəfər ruhunda azad Qarabağda, azad Şuşada qeyd etdik.
2021-ci il iyunun 15-i Azərbaycan tarixində yada qalan, unudulmaz, əlamətdar bir gün kimi qalacaq. Tariximizdə ilk dəfə olaraq Azərbaycan lideri xarici dövlətin başçısını Qarabağda qarşıladı. Azərbaycan üçün mühüm mənəvi əhəmiyyət kəsb edən Şuşa şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalanması, sözsüz ki, gələcək tariximizin yaddaşında mühüm tarixi hadisə kimi həkk olundu.
Şuşa Bəyannaməsinin məhz Azərbaycan xalqının Qurtuluş günü –15 iyun tarixinə və Qarabağ, Zəngəzur üçün çox vacib sayılan Qars müqaviləsinin 100 – cü ildönümünə təsadüf etməsinin xüsusi rəmzi mənası var.Hal- hazırda ABŞ ,Rusiya Federasiyası, Böyük Britaniya, Fransa, İran kimi dövlətlərin açıq mübarizəsi müşahidə olunmaqdadır.Bu mübariz Azərbaycanın xeyrinə və maraqlarına uyğun cərəyan edir. Şusada Türkiyə lideri ilə Bəyannamə imzalayarkən Azərbaycanın dövlət başçısı hər kəsin yadına Qars müqaviləsini saldı. O qeyd etdi ki,Tarixi Qars müqaviləsi düz 100 il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşada müttəfiqlik haqqında imzalanmış birgə Bəyannamə bizim gələcək işbirliyimizin istiqamətini göstərir.Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapdı. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq,fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur.
Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan dünya üçün önəmi göstərlir.Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi bütün dünyanın barışmalı olduğu tarixi gercəklikdir. Hər iki ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsinə, eləcə də müştərək maraq kəsb edən regional və beynəlxalq strateji mərhələlərdə fəaliyyətlərinin qarşılıqlı şəkildə əlaqələndirilməsinə istiqamətlənən saziş Bakı və Ankaranın başçılığı altında yeni regional məsəllələrin həll olunmasının başlanğıcıdır.
Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi iki ölkə arasında münasibətlərdə inqilabi gerçəklikdir. Bəyannamədə diqqəti çəkən ən vacib məqaqmlardan biri hərbi sahədə əməkdaşlıq və müttəfiqlikdir. İki dövlətin ərazi bütövlüyünə, suverenliyinə üçüncü dövlət və ya dövlətlərin təhdid və ya təcavüzu zamanı Azərbaycan və Türkiyə bir-birini qoruyacaqdır.Bu maddənin Bəyannamədə qeydə alınması bu gün Ermənistandakı revanşist qüvvələrdən tutmuş ayrı-ayrı qonşu və qeyri- regional dövlətlər üçün çox mühüm ismarıcdır.
Türkiyə və Azərbaycan arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində fəaliyyətin əhəmiyyəti qeyd olunur. Bu Bəyannamə ilə Azərbaycanın Cənubi Qafqazda yeri və rolu daha da güclənməklə yanaşı ,Türkiyənin rolu,Türk dövlətlərinin birliyi də güclənir. Türkiyə Azərbaycan münasibətlərinin gələcəyə doğru sürətli inkişafını özündə əks etdirir.
Beləliklə ,Azərbaycan və Türkiyə 15 iyun 2021-ci ildə tarixi addım ataraq bölgənin geosiyasi məhzərəsini dəyişəcək Bəyannaməyə imza atdı.
Bu Bəyannamə Azərbaycanın və Türkiyənin düşmənlərinə tutarlı mesajdır. Bu Bəyannamə Azərbaycan və Türkiyə dövlətləri arasında bütün sahələrdə inteqrasiyanın nümunəsidir.Ən əsası bu Bəyannamə region üçün yeni tarixi gerçəklik deməkdir.

Rövşanə Hacıyeva,
Bakı şəhəri, Xətai rayonu T.Bağırov adına 59 nömrəli tam orta məktəbin tarix müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü