Məlumdur ki, 31 may-3 iyun tarixlərində Bakı şəhəri üç mötəbər tədbiri bir ad altında birləşdirən Bakı Enerji Həftəsinə ev sahibliyi edib. Tədbir çərçivəsində 28-ci Beynəlxalq Xəzər neft və qaz sərgisi "Caspian Oil&Gas", 11-сi Xəzər Beynəlxalq Energetika və Yaşıl enerji sərgisi – “Caspian Power” və 28-ci Bakı Enerji Forumu keçirilib. Tədbirin dünyanın 38 ölkəsindən olan 331 fərqli şirkəti, yüksək səviyyəli qonaqları, dövlət xadimlərini və beynəlxalq enerji ekspertlərini Bakıya toplaması təsadüfi deyil. Azərbaycanın paytaxtı artıq bir müddətdir ki, nüfuzlu beynəlxalq tədbirlərin təşkil edildiyi, mühüm əməkdaşlıqların və qərarların müzakirə edildiyi məkana çevrilib. Bundan əlavə Azərbaycanın enerji sahəsində həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmiz artıq enerji sektorunda öz sözünü demişdir. Bu gün Azərbaycan yalnız özünün deyil, digər ölkələrin də enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.
Azərbaycan liderinin nikbinliyi ölkənin imkanlarından irəli gəlir, bu, proqnoz deyil, dəqiq hesablamaya əsaslanan perspektivdir. Bildiyiniz kimi, Xəzər dənizinin dəniz külək enerjisi baxımından böyük potensialı var. İlkin hesablamalara görə, təkcə Xəzərin Azərbaycan sektorunda 157 min meqavat enerji istehsal oluna bilər. Bu, Azərbaycanın elektrik stansiyalarının ümumi gücündən 20 dəfə çoxdur. Günəş enerjisi üçün də böyük imkanlar var. Amma bütün bunlar hələ icra mərhələsinə qədəm qoyan layihələrdir. Qaz ixracı isə artıq gözləntiləri aşmış reallıqdır. İndiki geosiyasi vəziyyətdə Qərb tərəfdaşları Cənub Qaz Dəhlizinə böyük ümidlər bəsləyirlər. "Biz bilirik ki, yaşıl enerjiyə keçidlə əlaqədar bəzi beynəlxalq maliyyə institutları qalıq yanacaqla bağlı layihələri maliyyələşdirməyi dayandırıb. Amma mən hesab edirəm ki, biz bütün məsələləri reallıq baxımından dəyərləndirməliyik. Bu gün enerji təhlükəsizliyinin təmin oluna bilməyəcəyi aydındır. Təbii qaz verilmədən də istənilən səviyyədə təmin olunub”, - deyə Prezident İlham Əliyev əsaslı şəkildə qeyd edib. Burada hər şey plan üzrə gedir. Əgər hər şey qrafikə uyğun getsə və nəzərdə tutulan bütün birləşdiricilər vaxtında tikilsə, ilin sonuna kimi Macarıstan və Serbiya Azərbaycan qazını almağa başlayacaq”, - deyə dövlət başçısı bildirib.
Bakıda keçirilən beynəlxalq sərgidə əsas diqqətçəkən məqamlardan biri də ABŞ Prezidenti Co Bayden və Böyük Britaniyanın Baş naziri Rişi Sunakın Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktub və bu məktubda ölkəmizin artan nüfuzundan irəli gələn əməkdaşlıq niyyətləridir. Hər iki məktubda ölkəmizin dünyəvi ekoloji məsuliyyət şüurundakı rolu ayrıca qeyd olundu. Azərbaycan bu gün təkcə ənənəvi enerji məhsulları ilə deyil, alternativ enerji imkanları ilə də dünya ölkələrinin diqqətini cəlb edir. Ölkəmiz dünyada təhlükəsiz enerji təchizatına olan tələbatın ödənilməsinə mühüm töhfələr verir.
Azərbaycan neft-qaz sahəsində bütün xarici tərəfdaşlarla əməkdaşlıqda və enerji resurslarının ixracında uğurlu nümunə yaradıb. Hazırda Azərbaycan “yaşıl enerji” ixracına dair layihələr həyata keçirməklə özünün neft-qaz tarixindəki uğurunu təkrarlayır. Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılışındakı çıxışının sonunda dövlət başçısı qeyd etdi ki, növbəti toplantı gələn il fevral ayında Bakıda keçiriləcək. Artıq yeni iştirakçılarımız, yeni ideyalarımız, planlarımız var. Bunları reallaşdırdıqca bütün işlər uğurla gedəcək.
Arzu Əliyeva,
YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı