06 iyun 2023 10:59
148

İsrail-Azərbaycan münasibətlərində yeni mərhələ

İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycana rəsmi səfəri İsrail-Azərbaycan münasibətlərində yeni mərhələdir. Əlbəttə ki, bizim dostluq əlaqələrimiz  gələcək hədəflərimizin də müəyyən edilməsi istiqamətində mühüm əhəmiyyət kəsb edir.

Səfər ikitərəfli əlaqələrimizi daha da gücləndirəcək. Uzun illərdir ki, Azərbaycan İsrailə xam neftin etibarlı təchizatçısı olmaqda davam edir və bu da enerji sahəsində sıx əməkdaşlığı nümayiş etdirir.  Prezident İlham Əliyevin cari ilin 30 may tarixində İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycana səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatda qeyd etdiyi kimi, irriqasiya və kənd təsərrüfatı sahələri üzrə birgə layihələr reallaşdırılacaq. İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycana səfəri bir daha göstərdi ki, Azərbaycan-İsrail münasibətləri ildən-ilə genişlənir və əlaqələr möhkəmlənir. İsxak Hersoqun Azərbaycana səfəri bir daha sübut edir ki, Azərbaycanla İsrail arasında münasibətlərin daha da yaxşılaşdırılması həm iqtisadi baxımdan, həm də insanların rifahının yüksəldilməsi, dostluq və qardaşlığın möhkəmləndirilməsi baxımından çox dəyərlidir. Azərbaycan İsrailin müsbət təcrübəsindən istifadə etmək və ixrac bazarını şaxələndirmək niyyətindədir. Ölkələr arasında müdafiə sənayesi sahəsində uzunmüddətli əməkdaşlıq əlaqələri mövcuddur. Azərbaycanın uzun illərdir ki, bu sahədə İsrailin müasir avadanlığına çıxışı var, bu da bizə müdafiə qabiliyyətimizi müasirləşdirməyə kömək edir və dövlətçiliyimizi, əsas dəyərlərimizi, milli maraqlarımızı və ərazi bütövlüyümüzü müdafiə etməyə imkan yaradır. Mayın 30-da İsrail Prezidenti İsxak Hersoqun ölkəmizə rəsmi səfəri, Prezident İlham Əliyevlə keçirdiyi təkbətək və geniş tərkibdə görüşləri, ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən ticarət, turizm və digər sahələrdə daha da dərinləşdirilməsi üçün aparılan müzakirələr, səhiyyə sahəsində imzalanan sənəd iki ölkə arasında münasibətlərin dərinləşməsinə böyük töhvələr verir.

İsraillə Azərbaycan arasında sıx dostluq münasibətləri regionda vəziyyətin sabitləşməsinə xidmət edir və heç bir  ölkəyə qarşı yönəlməyən dostluq növüdür. Əksinə, iki ölkə arasında əməkdaşlıq müstəsna olaraq Azərbaycan və İsrail xalqlarının rifahı, inkişafı və rifahına yönəlib.

Bu gün Azərbaycan və İsrail arasında dostluq və əməkdaşlıq strateji əhəmiyyət kəsb edir. 44 günlük Vətən müharibəsində İsrail Azərbaycanın ədalətli mövqeyini dəstəklədi. Ölkələrimiz arasında hərbi sahədə də yaxşı əlaqələr var. İnanırıq ki, iki dövlətin dostluq və əməkdaşlığı bundan  sonra  daha da dərinləşəcək və güclənəcəkdir.

Fərid Əliyev,
YAP Xətai rayon təşkilatının üzvü