Azərbaycan Prezidenti İlham Əliyev, 2023cü ilin 31 may tarixində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - "Caspian Oil&Gas" və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - "Caspian Power" sərgilərinin açılışında bir çıxış etdi. Bu çıxışda, Azərbaycanın energetika sektorundakı önəmli rolunu vurğulayaraq, yerli və beynəlxalq iştirakçıları bir araya gətirdi. Prezident İlham Əliyevin bu açılışda verdiyi mesajlar, Azərbaycanın enerji sənayesindəki yüksək potensialını, regional əməkdaşlığı və sürdürəbilir enerji inkişafına olan təşəbbüslərini təqdim etdi. Prezident İlham Əliyev, sərgilərin açılış mərasimindəki çıxışında, Azərbaycanın enerji sənayesinin dünya bazarında önəmli bir yer tutduğunu vurğuladı. Azərbaycanın müxtəlif enerji resurslarının zənginliyi və qənaətbəxş energetika siyasəti sayəsində, dünya enerji bazarında aktiv rol oynadığına diqqət çəkdi. Açılış mərasimindəki iştirakçılara Azərbaycanın enerji sənayesindəki son uğurlarını və irəliləyə yönlənən planlarını təqdim edərək, Azərbaycanın enerji sektorunda yeni inkişaflar üzərində işlədiyini vurğuladı.
ABŞ və Böyük Britaniya hökumətləri hər zaman bizim bütün təşəbbüslərimizi dəstəkləyiblər ki, Azərbaycan öz resurslarını inkişaf etdirə bilsin
Müasir dövrdə hər bir dövlətin beynəlxalq münasibətlər sistemində layiqli mövqe tutaraq özünü bərabərhüquqlu tərəfdaş kimi təsdiqləməsi, milli maraq və mənafeyini yüksək səviyyədə müdafiə etməsi, qlobal təhdid və çağırışlara adekvat cavab verməsi, diplomatik əməkdaşlıq sferasında həlledici uğurlara imza atması onun çağdaş dünya nizamının reallıqlarına cavab verən xarici siyasəti necə qurmasından bilavasitə asılıdı .Rəsmi Bakı tarazlı xarici siyasətlə regionda siyasi-hərbi qütbləşmənin dərinləşməsinə deyil, sivil əməkdaşlıq, qarşılıqlı inam mühitinin yaranmasına, Rusiya, ABŞ və Avropa dövlətlərinin regionda toqquşan maraqlarının optimal şəkildə uzlaşdırılmasına çalışmışdır. Gənc, müstəqil Azərbaycanın yürütdüyü azad və balanslaşdırılmış xarici siyasət kursunun seçilməsi sayıla bilərdi. Eləcə də, Ümummilli Liderimizin milli maraqlarımıza xidmət edən neft strategiyası ABŞ - Azərbaycan əlaqələrinin inkişafına mühüm töhfələr verdi. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” ilə əsası qoyulan enerji sahəsindəki mühüm əməkdaşlıq sonrakı mərhələdə münasibətlərin daha da yaxınlaşmasına yol açdı. Bu, həm də ABŞ ilə Azərbaycan arasında çoxtərəfli iqtisadi əməkdaşlıqda əsaslı amilə çevrildi. Nəticə etibarı ilə müasir dövrdə iki ölkə arasında mühüm iqtisadi, siyasi və digər sahələrdə mühüm əlaqələr mövcuddur.
"Xəzər neft-qaz sərgisi Azərbaycana öz potensialını beynəlxalq investorlara təqdim etməyə imkan yaradır. Biz 1994-cü ildə neft strategiyamızın - Ulu Öndər Heydər Əliyevin neft strategiyasının astanasındaydıq. Bu il biz müasir Azərbaycanın yaradıcısı Ulu Öndərin 100 yaşını qeyd edirik. 1994-cü ildə ilk neft-qaz sərgisi keçirildi və həmin il də məhz “Əsrin müqaviləsi” imzalandı ki, o, ölkəmizdə vəziyyəti kökündən dəyişdi, sərmayələr cəlb edildi, geniş iqtisadi sabitlik təmin olundu və əlbəttə ki, Azərbaycanın firavan gələcəyinin təməli qoyuldu. Biz 30 il ərzində enerji sahəsində uğurlu əməkdaşlıq edirik.
Bu gün isə artıq bu sahələr şaxələndirilir, ABŞ və Böyük Britaniya hökumətləri hər zaman bizim bütün təşəbbüslərimizi dəstəkləyiblər ki, Azərbaycan öz resurslarını inkişaf etdirə bilsin. Əvvəlcə bu, neftə aid idi, indi isə qaz sahəsi burada söhbət mövzusudur. Biz nəhəng enerji infrastrukturu yaratmışıq ki, bu, Avrasiyanın enerji xəritəsini dəyişdirib. Bu gün Azərbaycan istehsalçı olaraq həm tranzit ölkələr, həm də istehlakçılar üçün daha təhlükəsiz şərait yaradıb. Bu gün enerji təhlükəsizliyi əlbəttə ki, milli təhlükəsizliyə bərabərdir və hətta milli təhlükəsizlik gündəliyində ən başlıca yeri tutur.Bununla yanaşı, mən Avropa İttifaqının burada nümayəndəsini görməyə şadam. Bildiyiniz kimi, Avropa İttifaqı ilə Azərbaycan ötən ilin iyulunda enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalayıb. Bu, uğurla icra edilir. Biz artıq enerji dialoqumuzu başlamışıq, uğurla davam edir. Biz Avropa İttifaqı ilə bərabər, Cənub Qaz Dəhlizi Məşvərət şurasının üzvləriyik, o, hər il fevral ayında Bakı şəhərində baş tutur. O da çox böyük əhəmiyyətə malikdir ki, bizim bütün səylərimiz əlaqələndirilir. Cənub Qaz Dəhlizi artıq istifadəyə veriləndən sonra belə, bu gün bizim yeni vəzifələrimiz var. Ona görə də Avropa İttifaqı ilə Azərbaycanın əməkdaşlığının müsbət məqamları olduqca çoxdur və gələcək potensial da olduqca genişdir.”,- bunları Azərbaycan Prezidenti öz çıxışında deyib.
Cənab Prezident İlham Əliyevin apardığı siyasətin nəticəsidir ki ölkəmiz bütün sahələr böyük inkişafa nail olmuşdur. Azərbaycanda enerji təhlükəsizliyizi hələ bir neçə il əvvəl təmin edilib. Bu gün Azərbaycan nəinki öz enerji təlabatını təmin edir, o cümlədən xam nefti, neft məhsullarını, təbii qazı, neft-kimya məhsullarını və elektrik enerjisini ixrac edir. Bərpaolunan enerji ilə bağlı proqramımız tamamilə fərqli gündəliyə malikdir. Azərbaycanın bu gün yaratdığı reallıqları bütün dünya görür. Bütün dünya ictimaiyyəti hansısa məsələ barədə rəy formalaşdırarkən həmin reallıqlara istinad edir. Cənab Prezident İlham Əliyevin ötən onilliklərdə həyata keçirdiyi siyasət Azərbaycanı Cənubi Qafqazın əsas inkişaf mərkəzinə çevirdi. Azərbaycanın tutduğu yol, təklif etdiyi gələcək hər kəsin maraqlarına xidmət edir. Hamı üçün daha gözəl bir dünyanın qurulmasına töhfə verir.
Vüsalə Qurbanova,
Bakı şəhəri, Xətai rayonu. 27 saylı orta məktəbin müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü