Hər il keçirilən “Caspian Oil and Gas”, əsas neft-qaz layihələrinin müzakirəsi, həmçinin neft və qaz hasilatı, emalı, nəqliyyat, logistika və xidmət sahələrində qabaqcıl texnologiyaları nümayiş etdirmək üçün ən yüksək səviyyəli rəhbər və mütəxəssisləri bir araya gətirir. Tədbirdə ənənəvi olaraq şirkətlər neft hasilatı və enerji daşıyıcılarının nəqli, neft və qazın saxlanması üçün anbar sistemlərinin təmin edilməsi və servis xidmətləri sahəsində innovativ texnologiyaları, habelə regionun mövcud və gələcək neft-qaz layihələrini və bir sıra digər nailiyyətləri nümayiş etdirirlər. Bildiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 31-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılışında iştirak edib. Artıq 28-ci dəfədir keçirilən Xəzər Neft və Qaz Sərgi və Konfransı qlobal enerji şirkətlərinin o vaxt müstəqilliyini yenicə qazanmış, bir çox çətinliklərlə üzləşmiş, ərazisinin əhəmiyyətli hissəsi işğal olunmuş və bir çox çağırışlarla üzləşmiş Azərbaycana diqqətinin cəlb edilməsində çox əhəmiyyətli rol oynayıb. ABŞ Prezidenti Co Bayden və Böyük Britaniyanın Baş naziri Sunak tərəfindən bu tədbirə məktubların ünvanlanması bu tədbirin nə dərəcədə əhəmiyyətli olduğunun bir göstəricisidir. Xəzər neft-qaz sərgisi Azərbaycana öz potensialını beynəlxalq investorlara təqdim etməyə imkan yaradır. Neft dünyasında fəaliyyət göstərən şirkətlər bilirdilər ki, Azərbaycan qədim neft ölkəsidir, ancaq ölkəmizin real potensialı və gələcək inkişaf planları haqqında kifayət qədər məlumatlar yox idi 1994-cü ildə ilk neft-qaz sərgisi keçirildi və həmin il də məhz “Əsrin müqaviləsi” imzalandı ki, o, ölkəmizdə vəziyyəti kökündən dəyişdi, sərmayələr cəlb edildi, geniş iqtisadi sabitlik təmin olundu və əlbəttə ki, Azərbaycanın firavan gələcəyinin təməli qoyuldu. Xəzər neft-qaz sərgisi ilk tədbir idi ki, Azərbaycanı dünyanın beynəlxalq enerji ictimaiyyətinə təqdi etdi. Bu layihə qlobal əhəmiyyəttə malik bir lahiyədir və bu layihə şirkətləri və ölkələri cəlb edir.
Azərbaycan Respublikası beynəlxalq əməkdaşlıqda böyük təcrübə toplayıb. Azərbaycanda “Əsrin kontraktı”nın icrası nəticəsində digər sektorlarda da canlanma baş vermişdir. Çox gözəl investisiya mühiti yaradılmışdır. Bu gün də Azərbaycan MDB məkanında birbaşa xarici sərmayələrin qoyuluşuna görə birinci yerdədir. Neft kapitalını insan kapitalına, neft sektorunda əldə edilmiş gəlirləri qeyri-neft sektorunun inkişafına yönəldilmişdir.
Azərbaycan Prezidenti cənab İham Əliyev öz çıxışında Azərbaycan qazına olan ehtiyacın artmasını vurğuladı: “Son il yarım ərzində bizə 10-dan artıq ölkə müraciət edib ki, təchizatın həcmini artıraq və ya həmin ölkələrə təchizata başlayaq. Bəzi beynəlxalq maliyyə institutları neft-qaz sahəsini maliyyələşdirməyi dayandırıb. Amma biz realist olmalıyıq. Çünki qaz və neft təchizatı olmadan enerji təhlükəsizliyi tam olaraq təmin edilə bilməz.”
Lahiyə qlobal olsa da bu gün Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərdə və neft-qaz əməliyyatlarında iştirak edənlərin mütləq əksəriyyəti Azərbaycan vətəndaşlarıdır. Gözəl təlim və təhsil almış gənc Azərbaycan mütəxəssisləri bu gün ölkəmiz üçün çox böyük işlər görürlər. Kadr hazırlığı, biznes mühitinin yaxşılaşdırılması, beynəlxalq əməkdaşlıq – bütün bunlar bu layihələrin nəticəsində mümkün olmuşdur və ölkəmizə böyük fayda vermişdir. Bu gün bir neçə ölkənin enerji balansında Azərbaycan neftinin payı 25-35 % təşkil edir. Bu gün Respublikamız Avropa istehlakçıları üçün etibarlı tərəfdaş qismində çıxış edir. Bu rol getdikcə artırAzərbaycan zəngin neft yataqlarımızdan artıq nefti, qazı hasil və ixrac edir. Bu, ölkə iqtisadiyyatına və beynəlxalq münasibər üçün əvəzedilməz bir töhfədir.
Ümumiyyətlə hər il keçirilən bu tədbirdə iştirakçıların sayı artır və bu Azərbaycan üçün yeni əlaqələr, iqtisadiyyatın böyüməsi, yeni ixrac imkanları deməkdir. Lahiyə Azərbaycanın iştirakçısı olduğu lahiyələrdən yalnız biridir. Hər il dünya ölkələri liderlərinin, onların nümayəndələrinin bu tədbirdə iştirakı tədibirin qloballığından, böyüklüyündən xəbər verir. Azərbaycanda dünya miqyaslı və müxtəlif beynəlxalq tədbirlərin keçirilməsi güclü dövlətçiliyin və sabitliyin təzahürüdür. Bu gün Azərbaycan qalib ölkə kimi dünyanın aparıcı dövlətlərinin iştirak etdiyi böyük layəhəlrə ev sahibliyi etməklə bərabəbər, əsas söz sahibidir. Bütün bunlar isə Azərbaycanın təməli mökəm, qarantili bir dövlət olmağının əyani sübutudur.
Reyhan Ələkbərova,
YAP Xətai rayon təşkilatının "Telnov 6" ünvanı üzrə ərazi partiya təşkilatının sədri