İrəvanda hay izi fars izinə qarışıb
44 günlük müharibədən sonra Ermənistan əsas məsələlərdə iddialarından geri çəkildiyini elan etsə də qardaşağası İran çirkin niyyətlərindən əl çəkmədiyini nümayiş etdirir. Yəni, fars terrorçuları otuz il ərzində Hayastan adlandırılan ərazidə Azərbaycanın izlərinin silinməsində erməni qardaşlarına canı-dildən kömək ediblər. Ancaq özlərini də buraya pərçim etməyi unutmayıblar. Bəzi dini abidələrə və qədim tikililərə fars yarlıkları yapışdıraraq ermənilərin saxtakarlığına şərik olublar. Nə qədər gülünc də olsa gah haylar farslara, gah da farslar haylara Azərbaycanın qədim abidələrini "pay" verirlər. Növbəti saxtakarlıq nümunəsi bu günlərdə Hayastanın paytaxtında nümayiş etdirilib. Obrazlı ifadə ilə desək, Azərbaycanın tarixi abidəsi önündə yenə at ilxısı, köpək sürüsü yığışıb.
İranın Ermənistandakı səfirliyi İrəvanın tarixi Göy məscidində Təbriz İslam İncəsənət Universitetinin tələbələri və Şərqi Azərbaycan əyalətinin sənətçilərinin əl işlərindən ibarət sərgi açıb. Bu barədə İranda yaşayan ermənilərin media orqanı "Alik" məlumat yayıb. "Alik"in məlumatına görə, İranın Ermənistandakı səfiri Abbas Bədəxşani sərginin açılışında "alovlu" çıxış edib. O, İran-Ermənistan hərtərəfli münasibətlərinin inkişafı fonunda mədəni əlaqələrin xüsusi əhəmiyyət daşıdığını, sərginin bu əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edəcəyini bildirib.
Səfirdən sonra çıxış edən İranın İrəvandakı Mədəniyyət Mərkəzinin başçısı Məhəmmədəli Kəyani yaxın günlərdə erməni sənətçilərin Təbriz və Tehranda sərgilərinin keçiriləcəyi barədə məlumat verib. Sözünə davam edərək bildirib ki, belə mədəni tədbirlər fars-hay qardaşlığına öz töhfəsini verəcəkdir.
Yuxarıda qeyd etdiyimiz kimi, xüsusən İkinci Qarabağ müharibəsində Azərbaycanın möhtəşəm qələbəsindən sonra İran hökuməti Ermənistanla əlaqələrin daha da genişləndirilməsinə başlayıb. Tehran hökuməti məqsədyönlü olaraq Ermənistanla iqtisadi və mədəni əlaqələrdə xüsusilə Güney Azərbaycan əyalətləri adından istifadə etməyə çalışır. Bu məqsədlə Şərqi və Qərbi Azərbaycan əyalətlərinin valiliklərinə əlavə səlahiyyətlər verilib. Ancaq molla rejimi anlamır ki, qardaşı-qardaşa qarşı qoymağın sonu yaxşı qurtarmır, axırda zərbə şeytani əməllərin sahibinə dəyir. Tarixdə saysız-hesabsız belə faktlar var.
Kim hansı oyunlardan çıxırsa-çıxsın, axırda haqq-ədalət öz yerini tutacaqdır. Fars-molla rejimi gərək üç il əvvəl "gözüçıxmış qardaşından" ibrət götürüb etdiyi qələtlər üçün Azərbaycan hökumətindən və xalqından üzr istəyəydi. İllərdir haylara göstərdiyi köməyin səhv olduğunu etiraf edəydi. Amma nəinki etmədi, hələ qabaqdangəlmişlik də edib danqaz sifətini də göstərdi, bizə hədə-qorxu gəldi, şantaj etdi, əzələ oynatdı. "Azərbaycan bizim gözümüzün nurudur" deyib ayağımızın altını qazdılar, mənası anlaşılmayan "kərimə" adlı oyuncaq dövlət qurmaq üçün narkotik alverçilərindən və aludəçilərindən ibarət hökumət də quraşdırdılar. Ancaq güclü Azərbaycan dövləti ağıllı cavab tədbirləri ilə həmin məkrli məqsədləri puça çıxardı. Hələlik ara səngiyib. Bakılı meyxanaçılar meyxana yarışlarında "qafiyə papaqdan çıxır" ifadəsi işlədirlər. Görək mollalar əmmamələrindən nə qafiyə çıxaracaqlar?!
Vəli İlyasov, "İki sahil"
İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri