15 may 2023 21:02
184

Şuşa Zəfərimizin rəmzidir, Şuşa Zəfərimizin tacıdır

Şuşa- musiqi beşiyi. Şuşa – Üzeyir, Vaqif, Natəvan ruhlu gözəl diyar. Azad etdik səni, ana torpaq. “Dəmir yumruq” özünü göstərdi. Pənahəli xanın ruhu şad olsun.

Azərbaycan dünya xalqları xəritəsində  kiçik bir yer tutur. Amma bu torpaq elə şəxsiyyətlər yetişdirib ki, onlar ziya məbədindən çıxmış işıga bənzəyir. Bu işıq çoxlarının yolunu nurlandırmışdır. 30 illik işgaldan sonra Şuşamız azad oldu. 44 günlük müharibə şəhidlərimizin qanı bahasına Şuşa azad olundu. Artıq Şuşamızın dağıntıları yoxdur,  abidələr bərpa olunur. Ali Baş Komandan demişkən, elə etməliyik ki, gələcəkdə xalqımız gözəl həyat qura bilsin, dövlətimiz üçün dəyərli vətəndaş olsun.

“Kiçik Paris”, “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi” adlandırılan Şuşa indi Azərbaycanın gözü oldu. Azad oldu Şusamız.

8 Noyabr 2020-ci il erməni daşnaqları darmadağın edildi. Təbiətin bütün gözəlliklərini özündə əks etdirən, hər kəsi heyran edən alınmaz qala başında məşəllər qaldırıldı. Cıdır düzü, İsa bulağı sevindi. Duman çəkildi. Muğamımız səsləndi, Qarabağ şikəstəsi ətrafa yayıldı.

Bəli, Qarabağın tacı olan Şuşa öz taxtına oturdu və sübut olundu ki, Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır.

Biz səni çox sevirik, əziz Şuşam. Biz qayıtmışıq, biz səni qorumağa  hazırıq.

Cəmilə Əliyeva,
Azərbaycan dili və ədəbiyyatı müəllim,
YAP Xətai rayon təşkilatının fəalı