Ermənistanın baş naziri Nikol Paşinyanın Brüssel səfəri «Made in France» gödəkcəsinin nümayişi kimi yadda qaldı
Küçə təfəkkürü ilə hakimiyyətə yiyələnən Ermənistanın baş naziri Nikol Paşinyan «formalaşdığı» məkana uyğun hərəkətləri ilə «siyasi təlxək» kimi tanınır. Ən ciddi, məsuliyyətli tədbirlərdə belə qəbul edilməyən qeyri-etik davranışları, siyasi savadsızlığı ilə diqqəti cəlb edən baş nazirin rəsmi görüşlərdə belə protokol qaydalarından kənar hərəkətləri tənqid edilir. Beynəlxalq aləmdə baş verən hadisələri başa düşüb dəyərləndirmək zeyhniyyətindən məhrum olan, beynəlxalq hüququn norma və prinsiplərini hələ də öyrənmək istəməyən, Davos İqtisadi Forumunda, Praqada keçirilən «Asiya siyasi birliyi» Zirvə görüşü kimi mühüm tədbirlərdə rəsmi nümayəndə kimi qarşılanmayan Paşinyanın rastlaşdığı rəzillik yaddan çıxmayıb. Bütün görüşlərdə , danışıqlarda məntiqli çıxışları, qətiyyəti ilə böyük hörmət qazanan Prezident İlham Əliyevlə müqayisədə cılız görkəmi ilə diqqətdən kənarda qalan Ermənistanın baş nazirinin son görkəmi həqiqətən küçə geyiminə tam uyğundur.
Mayın 14-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüş Paşinyanı «ulduz» edib. Azərbaycan ilə Ermənistan arasında gərginliyin gücləndiyi bir məqamda münasibətlərin normallaşdırılıması məsələsinə aid danışıqlara həsr olunan, beynəlxalq ictimaiyyətin diqqətlə izlədiyi Brüssel formatının bərpası çox ciddi, aktual məsələ kimi maraqla izlənilib.
Amma məsələnin ciddiyyətini, bölgədə sabitliyin yaranması üçün məsuliyyətini hələ də dərk etməyən Paşinyan etinasızlığını geyimi ilə sübut edib. Daha çox istirahət zamanı istifadə olunan qısaqol gödəkcəsi ilə diqqəti cəlb edən Paşinyan qarşısında dayandığı bayraqlara belə hörmət etməyərək küçə davranışlarını Brüsseldə- Avropa İttifaqında göstərdi. Tarixdə belə görünməyən bu hərəkəti ilə özünü bəlkə də centlmen kimi təqdim etmək istəyən Nikol əslində rəzilliyini büruzə verdi. Brüsselə yola düşməzdən əvvəl sülh sazişini imzalamağa getmədiyini bəyan edən Paşinyan sanki bu hərəkəti ilə söylədiklərini bir daha təsdiqlədi. Bu davranışı, geyimi məsxərəyə qoyulan, dövlət adamı olmadığını təsdiqləyən Paşinyandan ağıllı hərəkət, daha çox Ermənistan üçün əhəmiyyətli olan qətiyyət gözləmək sadəlövhlük olardı. Çünki onu dəstəkləyən, ağıl verəni Fransanın Prezidenti Emmanuel Makron da bəzi davranışları ilə köləsindən geri qalmır. Deyəsən, Nikolu «siyasi cəhətdən» təlimatlandırıb Brüsselə göndərən Makron həm də onun modelyeri imiş. Bir sözlə, Nikolun Brüsselə səfəri siyasi hadisədən çox «Made in France» geyiminin dəfiləsi kimi yadda qaldı.
Xuraman İsmayılqızı, «İki sahil»
İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri