Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir.
Eyni zamanda Ümummilli lider Heydər Əliyev fəaliyyəti boyu nə iş görübsə, orada azərbaycançılıq məfkurəsinin izləri var. Bu məfkurə müstəqillik illərində daha da inkişaf edib, müstəqil dövlətimizin sarsılmaz dayaqlarından birinə çevrilib. Bu gün Azərbaycanda hansı sahəyə üz tuturuqsa, orada Ümummilli liderin təməlini qoyduğu möhtəşəm işlərin yadigarlarını görürük.
Ulu Öndər yenicə müstəqillik qazanmış Azərbaycanın ağır anında məhz onu çağıran, taleyini məhz ona əmanət etmək istəyən insanların inam və etibarı idi. Dünyanın özünü azərbaycanlı sayan hər bir sakini üçün Heydər Əliyevin tarixdəki yerini müəyyən edəcək çox nümunələr var. Onun yaratdığı ömür nümunəsi bunların hamısından öndə gəlir.Nə qədər kitablar oxusaq da nəzəri biliklərələ nə qədər silahlansaq da həyatı, insanı nə qədər öyrənməyə çalışsaq da ömür yollarında qarşımıza çıxan sualların aydınlaşdırılması, məqsədlərimizə doğru addımlarımızın ardıcıllığı ücün bunlar kifayət etmir. İnsan nümunələrdən görüb götürür, onların göstərdiyi yolla tərbiyələnir, çətin anlarında suallarına cavabları o nümunələrdə tapır. Ömrünü örnək saydığımız bir şəxsin həyatından xatırladığımız adicə bir nümunə bəzən bizə mənəvi güc verir, irəliyə doğru addımlamağımıza kömək edir.Heydər Əliyev dünyanın bütün azərbaycanlıları üçün Azərbaycanın coğrafi məkanında, milli təfəkkür, milli adət-ənənələr, milli təhsil-tərbiyə mühitində ən yüksək məqama çatmış mükəmməl insan nümunəsidir. Hər bir azərbaycanlı uğur əldə etməyi də, uğursuzluqla qarşılaşan zaman tab gətirməyi də, həyatı cani – kökdən sevməyi də, onun hər bir gözlənilməzliyinə hazır olmağı da məhz Heydər Əliyevin həyatından öyrənə bilər.İstedad və iradə Heydər Əliyev şəxsiyyətinin ali keyfiyyətləri idi. Bu keyfiyyətlər onun özünə qarşı son dərəcə sərt tələbkarlığı idi. Ulu Öndər təmsil etdiyi xalqın simasını, istək və arzularını, ideyalarını, məqsədlərini öz obrazında yüksək mütəşəkkiliklə əks etdirə bilmişdi. Heydər Əliyev rəhbərliyi dövründə ona görə o qədər böyük əzmlə zəhmət sərf edirdi ki, bunların tarixin bütün dövrlərində Azərbaycana lazim olacağnı bilirdi.Ulu öndər Heydər Əliyev onda da hesab edirdi ki, azərbaycanlılar dünyanın ən yaxşı yaşayan xalqlarından biri olmalıdır. Yer üzündə Azərbaycan adlı bir dövlətin, bir xalqın varlığından hər kəs xəbər tutmalıdır. Azərbaycanın ictimai fikir tarixində böyük rolu olmuş insanların xatirəsi uca tutulmalıdır, milli–mənəvi dəyərlərimiz göz bəbəyi kimi qorunmalıdır. Azərbaycan dili hər bir azərbaycanlının təfəkkür dili olmalıdır. Ən gözəl memarlıq abidələri məhz Azərbaycanda ucaldılmalıdır .Heydər Əliyev insanların nəzərində dövlətin onlara xidmət edən, onların qulluğunda dayanan, hər bir çətinliklərində onların yanında olan, öz vətəndaşlarının səsini eşidib harayına yetişən bir obraz formalaşdırmışdi.
Heydər Əliyev insanların nəzərində dövlətin onlara xidmət edən, onların qulluğunda dayanan, hər bir çətinliklərində onların yanında olan, öz vətəndaşlarının səsini eşidib harayına yetişən bir obraz formalaşdırmışdi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi: "Heydər Əliyev bütün zamanlarda, bütün dövrlərdə Azərbaycan xalqına ləyaqətlə xidmət etmişdir. Azərbaycanın müstəqilliyinin əbədi, dönməz olmasında, iqtisadi potensialının möhkəmlənməsində, bölgədə və dünyada nüfuzunun artmasında onun müstəsna xidmətləri var. Hazırda bu siyasət davam etdirilir. Bu gün ulu öndər Heydər Əliyev bizimlə deyil, ancaq onun siyasəti yaşayır, onun qurduğu müstəqil Azərbaycan yaşayacaqdır".
Aliyə Orucova,
YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı
İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri