12 may 2023 10:15
551

Ulu Öndərin arzuladığı Azərbaycan

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər  Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi əsasında hakimiyyətə  qayıdışı ilə  xalqımızın müstəqillik tarixinin ən mühüm səhifəsini yazdı. 

Bu gün hər kəs fəxr hiss ilə Azərbaycanlı olduğunu deyir. Hər ötən gün Azərbaycanın müstəqillik tarixinə uğur səhifələri kimi yazılır. Və qeyd etmək lazımdır ki ən böyük uğurlarımızın dayağı vətənpərvərlik ruhu ilə alışıb yanan Azərbaycan millətinin səyi nəticəsində əldə olunub. 
Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etmiş olsa da ilkin illərdə baş vermiş hadisələr xalq olaraq ümidimizi sarsıtmışdı. Xalqımız firəvan və azad həyatına ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə nail oldu. 
1991-1993-cü ilin iyununadək olan dövr tariximizə xaos, anarxiya, özbaşınalıqlar dövrü kimi daxil oldu. O  llər tariximizdə qara buludların baş üstümüzə aldığı illər idi. Azərbaycan “Olum, ya ölüm!” dilemması qarşısında qalmışdır. 
Beləliklə, 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın çağırışı ilə hakimiyyətəgeri döndü və qurduğu hakimiyyətə verilən zərərləri dəf etdi. Həmin günlər sözün əsil mənasında Xalqımızın qızıl tarixləri yazılmağa başlandı. Xalqımızı zəfərə aparan yol bilavasitə həmən gündən başladı. 1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə sarsılmaz uğurlara imza atılmağa başlandı. 1993-cü  il iyunun 15-də ulu öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin  sədri seçilmişdir. 1993-cü il iyunun 24-də Milli Şuranın qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Ali Sovetin sədri Heydər Əliyevə verilmişdir. 1997-ci ilin  iyun ayında Milli Məclis  15 iyun gününü bayram günü elan etmişdir.

Cəmi 1 il hakimiyyətdə olan qara qüvvələrin iqtidarda olduğu dövr  Azərbaycanın yeni tarixinin ən faciəli  illəri idi. Həmin dövr Azərbaycan tarixində xaos, özbaşınalığın tüğyan etməsi, bəzi səbəblərdən iqtisadiyyatın çökməsi , torpaqların işğalı ilə yadda qaldı. 

Dövlət başçısı İlham Əliyev 44 günlük İkinci Qarabağ müharibəsi dövründə istər xarici mətbuata çoxsaylı müsahibələrində, istərsə də xalqa müraciətlərində daim həmin illərdə Azərbaycanın yaşadıqlarına diqqəti yönəldərək bildirirdi ki, bugünkü Azərbaycan həmin illərin Azərbaycanı deyil. Torpaqlarımız işğaldan azad edildikdən sonra bu çağırış da səsləndi ki, hər kəs  bilməlidir, torpaqları satan kimdir, torpaqları əsarətdən qurtaran kimdir.
Ulu Öndər Heydər Əliyev ölkənin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və dayanıqlı inkişafın təməlini qoydu. Heydər Əliyevin adı tariximizə Vətənin və xalqın xilaskarı kimi yazılıb. Ümummilli lider Heydər Əliyev  problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib  amil kimi önə çəkirdi: “Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz.”  Nizami ordu yaradıldı, Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişəsinin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı. İdarəetmə sistemi formalaşdırıldı, insanlara öz dövlətinə inamı qaytarıldı. Neft müqavilələri imzalandı, Azərbaycanın iqtisadi dirçəlişinin əsası qoyuldu. Qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son verildi, ilk parlament seçkiləri keçirildi və referendum yolu ilə Konstitusiya qəbul edildi. Azərbaycanın beynəlxalq əlaqələri formalaşdırıldı, ölkənin dünya birliyinə inteqrasiyası prosesi başlandı. Siyasi islahatlara start verildi, çoxpartiyalı sistem yarandı.
  Xalqımızın ulu öndər Heydər Əliyevi hakimiyyətə dəvəti ilə  Azərbaycanın xilas yolunun, müstəqilliyimizin əbədiliyinin təməli qoyuldu.  Tarixə Milli Qurtuluş Günü  kimi yazılan 15 iyundan başlanan yol  2020-ci ildə xalqımıza Zəfər  sevincini yaşatdı. Düşünülmüş və məqsədyönlü siyasət nəticəsində Azərbaycana möhtəşəm uğurlar qazandıran ulu öndər Heydər Əliyevin söylədiyi «Azərbaycan dünyaya günəş kimi doğacaq!» tezisi reallıqda öz əksini tapdı. Azərbaycanın müstəqilliyinin daimiliyi və əbədiliyi təmin edildi. İmzalar arasınqda imzaları ilə  seçilən  müasir müstəqil  Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəri olaraq daim inkişaf edir, davamlı uğurlara imza atır.

Son 20 ilə yaxın dövrdə  Heydər Əliyev siyasətini bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin gördüyü işlərin zirvəsində Ata vəsiyyətini yerinə yetirərək Azərbaycanın ərazi bütövlüyünü təmin etmək,  işğaldan azad edilmiş torpaqlarımızda üçrəngli bayrağımızın dalğalanmasına nail olmaq idi. Ulu Öndər Heydər Əliyevin  ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. Ümummilli Liderin məcburi köçkünlər qarşısında çıxışlarının birində bu əminliyi böyük inamla ifadə etmişdir: “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu - biz onlarsız yaşaya bilmərik.”
Ölkə Prezidenti,  Müzəffər Ali Baş Komandan İlham Əliyev bu arzunu reallaşdırdı.  44 günlük İkinci Qarabağ müharibəsində 30 ilin işğalına son qoyuldu, ədalət bərpa edildi. Azərbaycan  Vətən müharibəsində tarixi Zəfəri ilə kimin kim olduğunu dünyaya bəyan etdi.
Hazırda işğaldan azad edilmiş torpaqlarımızda həyat yenidən canlanıb, bərpa-quruculuq işləri geniş vüsət alıb. Böyük Qayıdışın ilk addımı atılır. Bu il ilk olaraq Zəngilanın Ağalı sakinləri öz dogma yurd-yuvalarına qayıdacaqlar. Tezliklə Qarabağlı və  Şərqi Zəngəzurlu Azərbaycan cənnət məkana çevriləcək.
Dövlət başçısı, Müzəffər Ali Baş Komandan bu fikri təəssüf hissi ilə qeyd edir ki,  atam bu günü görə bilmədi: “Onun kimi yüz minlərlə azərbaycanlı bu günü görmədən həyatdan getdilər. Biz - onların davamçıları onların işini tamamladıq, atamın vəsiyyəti yerinə yetirildi. Bu gün atamın, bu günü görmədən həyatdan getmiş yüz minlərlə insanın, şəhidlərimizin ruhu şaddır. Biz onların ruhunu şad etmişik.”
 

Türkan Ağaverdiyeva,
YAP Xətai rayon təşkilatının fəalı