Barbar ermənilər Sərsəng Su Anbarında ekoloji terror törədirlər
Düz otuz ildir ki, zümrüd gözlü Tərtərçay dəryaçası erməni işğalçılarının nəzarəti altındadır. 1970-ci illərdə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə inşa edilən bu böyük su anbarı işğal illərində cinayətkarcasına istismara məruz qalıb. Dəryaçanın suyundan gen-bol istifadə edən barbar ermənilər uzun illərdir su anbarında təmir və möhkəmləndirmə işləri aparmır, orada yetişən balıqları partlayıcı maddələrlə ovlayır və artırılmasına əhəmiyyət vermirlər. Nəticədə dəryaçada ekoloji fəlakət yaranır, su azaldıqca oradakı digər canlılar da məhv olur.
2022-ci il dekabrın 12-dən, yəni Laçın-Xankəndi yolunda Azərbaycan ekofəallarının məlum aksiyası başlanandan bəri Azərbaycan Respublikasının bu ərazisinin müvəqqəti olaraq Rusiya sülhməramlı kontingentinın nəzarətində qalmış hissəsindəki 32 "yaşlı" separatçı-terrorçu rejim Sərsəng Su Anbarında ekoloji fəlakətin yaranmasındakı günahlarını boynundan atmaq və bunu da rəsmi Bakının adına yazdırmağa çalışır. Separatçılar mütəmadi olaraq su anbarının foto və video-görüntülərini yayaraq beynəlxalq aləmdə də yanlış rəy yaratmağa çalışırlar. Onlar artıq bilirlər ki, burada etdikləri cinayətlərə görə cavab verməyin vaxtı çatıb. Ona görə də guya saxta dəillər və sübutlar tapmaqla özlərinə bəraət yolları axtarırlar.
Belə heç bir əsası olmayan çirkin məqsədlərlə Xankəndidəki separatçı-terrorçu rejimin gülünc və qondarma beş-on nəfərlik “ərazi idarəetmə və infrastruktur nazirliyi” erməni mediasında Sərsəng su anbarının bərbad hala saldıqları yeni foto-görüntülərini yayıb. Fotolara şərhdə həyasızcasına guya “blokada nəticəsində Sərsəng Su Anbarı demək olar ki, boşalıb” sözləri yazılıb.
Bundan əvvəl mediada separatçı xuntanın qondarma “dövlət naziri” Qurgen Nersisyana istinadla "Sərsəngin su ehtiyatı kritik həddə çatıb - demək olar ki, 88 milyon kubmetr, yəni ümumi həcmin təxminən 15 faizi və ölü, yəni istifadəyə yararlı olmayan həcmə yaxınlaşır - təxminən 70 milyon kubmetr”..." məlumatı da yer alıb.
Soruşmaq haqqımızdır ki, ay haramzada dığa, bütün bunların günahkarı kimdir? Otuz ildir ki, su anbarını işğal altında saxlayan və vəhşicəsinə dağıdıb-talayan siz deyilsinizmi? Əlbəttə, sizsiniz. Dağ sularının indiki bol vaxtında anbarda su niyə azalsın? Ekoloji terror ustaları olan ermənilər Sərsəngə tökülən çayların məcrasını yuxarı hissələrdə dəyişərək özlərinin əkin-biçin sahələrinə yönəldirlər. Nəticədə anbara su gəlmir və həcm getdikcə azalır.
Qaynar yay ayları yaxınlaşır. Ermənilərin əsas məqsədləri odur ki, həmin qaynar günlərdə su anbarının altında olan rayonlarımızın bağlarına, əkin-biçinlərinə əsassız bəhanələrlə su buraxmasınlar. Ancaq daha keçməyəcək.
Deyirlər "Bildirçinin bəyliyi darı sovulana qədərdir". Çox keçməyəcək ki, onlara da öz yerləri göstəriləcəkdir. Nəhayət, bir gün kölgəsində gəzib-dolandıqları Rusiya sülhməramlılarının da xidmət müddəti bitəcək və ərazimizi tərk edəcəklər. Onda torpağımızı murdarlayan terrorçu ermənilərin əlləri-ayaqları yerdən üzüləcəkdir. Yoxsa gəmidə oturub gəmiçi ilə nə qədər dava salacaqlar? "Dəmir yumruğun" dadını bir dəfə görüblər, "dəmir şillə" də istəsələr hər vaxt hazırdır. Özü də qulaqlarının dibində...
Vəli İlyasov, "İki sahil"
İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri