Ümummilli lider Heydər Əliyevin fəaliyyəti, Azərbaycan xalqının milli sərvəti, xəzinəsidir, bundan sonraki nəsillər bu məktəbdən bəhrələnərək Azərbaycanın davamlı inkişafına öz töhfəsini verəcəyini düşünürəm. Azərbaycan dövləti və xalqımız 1969-cu ildən başlayaraq, 54 ildir ki, Heydər Əliyev ideologiyasında qurub yaradır və ölkəmiz bu uzaqgörən dahi şəxsiyyətin ideallarının işığında hərtərəfli şəkildə inkişaf edir. “Heydər Əliyev İli” müasir nəsillər üçün görkəmli dövlət xadiminin adına və ideallarına layiq şəkildə yaşamaq və işləməyə çağırış kimi də mühüm əhəmiyyətə malikdir. Heydər Əliyev beş dəfə keçmiş SSRİ-nin Lenin ordeni ilə, Qırmızı Ulduz ordeni və çoxsaylı medallarla təltif edilib, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına, həmçinin müxtəlif ölkələrin ali mükafatlarına, nüfuzlu ali məktəblərin fəxri adlarına layiq görülüb.
Prezident İlham Əliyev: “Məhz Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan 1993-cü ildən başlayaraq, həm demokratik inkişaf baxımından, həm də sabitliyin möhkəmlənməsi, tam şəkildə bərqərar olması baxımından çox böyük uğurlar əldə etmişdir. Azərbaycanda bütün demokratik təsisatlar yaradılmışdır. Azərbaycanda hüquqi dövlət quruculuğu çox uğurla gedir, vətəndaş cəmiyyəti formalaşır. Bütün bu uğurlar möhkəm iqtisadi zəmin əsasında qazanılır.” “Demokratik
Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi cəmiyyətin bütün təbəqələrində hədsiz sevinclə qarşılanır, dünya miqyaslı siyasət və dövlət xadiminin dövlətçilik ənənələrimizin dirçəldilməsi, yaşadılması və bərpa edilməsi sahəsində misilsiz xidmətlərinə, çağdaş tariximizdə tutduğu müstəsna mövqeyinə xalqımızın və dövlətimizin qədirbilən münasibətinin parlaq təcəssümü kimi qiymətləndirilir. Ulu öndərin dövlətimiz, xalqımız qarşısındakı xidmətləri hər an, hər gün gözümüz önündədir.
Ulu öndər Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Müstəqil Azərbaycan ulu öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir. “Heydər Əliyev İli” müasir nəsillər üçün görkəmli dövlət xadiminin adına və ideallarına layiq şəkildə yaşamaq və işləməyə çağırış kimi də mühüm əhəmiyyətə malikdir. “Heydər Əliyev İli” bu dahi şəxsiyyətin həyatı, fəaliyyəti, mübarizəsi və idealları ilə əlaqədar bir çox mühüm məsələlərə yenidən və əsaslı qayıdışa şərait yaradacaqdır.
Ulu öndərimizin vətənpərvər fəaliyyətinin nəticəsi olaraq respublikada milli ruhlu ziyalı təbəqəsi formalaşmışdır. Ulu öndər hələ o dövrlərdən milli inkişafın yeganə yolunu xalqın yüksək təhsil almasında, maariflənməsində görmüş, respublikada elmin inkişafı üçün bütün zəruri tədbirləri həyata keçirmişdir.
Tamella İsgəndərli,
Yeni Azərbaycan Partiyası Xətai Rayon təşkilatının fəalı
İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri