11 may 2023 16:12
439

Azərbaycanın çimrəlik futbolu üzrə millisinin rəqibləri bəlli olub

Polşada keçiriləcək III Avropa Oyunlarında çimrəlik futbolu üzrə yarışın püşkatma mərasimi keçirilib.

“İki sahil” xəbər verir ki,  AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan millisi A qrupunda Polşa, Portuqaliya və İspaniya yığması ilə mübarizə aparacaq.

Qeyd edək ki, üçüncü dəfə təşkil olunacaq Avropa Oyunları ilk dəfə 2015-ci ildə Bakıda baş tutub. 21 iyun - 2 iyul aralığında təşkil olunacaq turnirdı 7000-dən çox idmançının iştirakı gözlənilir. Açılış mərasimi iyunun 21-də Krakovda olacaq.