"Ümummilli Lider Heydər Əliyev ideyaları bu gün də yaşayır və qalib gəlir. Bütün Azərbaycan Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyini qeyd edir. İlin əvvəlindən bu günə qədər və ilin sonuna qədər həm ölkəmizdə, həm müxtəlif ölkələrdə bir çox tədbirlər keçirilmişdir və keçiriləcəkdir. Azərbaycan öz böyük oğlunun xatirəsinə böyük hörmətlə yanaşır. Ulu Öndər demişdir: «Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır. Əgər mən buna nail ola bilsəm, ən xoşbəxt adam kimi həyatımı başa çatdıracağam. Buna nail olmağa çalışıram və çalışacağam.» Ən ağır məqamlarda Azərbaycan xalqı əmin idi ki, Ümummilli Lider xalqımızın, dövlətimizin maraqlarını qoruyacaq və ölkməmizin inkişafı ilə bağlı ən düzgün qərarları verəcəkdir. Böyük qürur hissi ilə qeyd edirik ki, müasir müstəqil Azərbaycan ümummilli lider Heydər Əliyevin şah əsəridir."
Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov “İki sahil”ə açıqlamasında bildirib.
K.Bayramov qeyd edib ki, Ulu Öndər qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaratdı. 1994-cü il sentyabrın 20-də imzalanmış «Əsrin kontraktı» ölkəmizin inkişafında növbəti bir dönüş nöqtəsi idi. İndi Azərbaycan dövlətinin payına düşən mənfəət neftinin 75 faizi bu gün bizim iqtisadiyyatımızı gücləndirir. Azərbaycan dövləti «Əsrin kontraktı»nın icrasına bir manat vəsait qoymayıb. Ancaq mənfəət neftinin 75 faizi Azərbaycana gəlir. Bu gün xarici şirkətlərlə aparılan neft-qaz əməliyyatları çərçivəsində minlərlə milli kadr yetişib. Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı müraciətində bildirib ki, bu gün Azərbaycan Avrasiyada nəqliyyat mərkəzlərindən birinə çevrilib. Məhz, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda Avropa-Qafqaz-Asiya Beynəlxalq Nəqliyyat Dəhlizinə dair çox böyük və mötəbər beynəlxalq konfrans keçirilmişdi. Məhz, o illərdə, bu gün «Orta Dəhliz» dediyimiz layihənin bünövrəsi qoyuldu – Avropa-Qafqaz-Asiya. Bu dəhlizin Azərbaycan ərazisindən keçməsi o illərdə şərtləndirildi. Halbuki bəziləri bunu istəmirdilər. Əfsuslar olsun, bu gün də elələri var ki, Azərbaycanı bu strateji layihədən kənarda qoymaq istəyirlər, amma onların arzuları gözlərində qalacaq.
Deputat vurğulayıb ki, Ulu Öndər hər zaman ölkənin inkişafında sabitliyin rolunu önə çəkərək bildirirdi ki, sabitlik olmadan hansısa sosial-iqtisadi layihənin həyata keçirilməsi mümkünsüzdür. Məhz, Ulu Öndərin uğurlu siyasəti nəticəsində yenidən qurulan Azərbaycan qısa zamanda sabitlik diyarına çevrildi, ölkəmizə investisiya axını sürətləndi. 1994-cü il sentyabrın 20-də imzalanan «Əsrin müqaviləsi» Azərbaycanın nüfuzunun, beynəlxalq aləmdə möhkəmlənən yerinin və artan rolunun danılmaz göstəricisidir. Bu sazişin imzalanması ilə Azərbaycanın, həm, iqtisadi qüdrəti artdı, həm də, etibarlı tərəfdaş kimi mövqeyi möhkəmləndi. Tarixən neft ölkəsi kimi tanınan Azərbaycan sonrakı illərdə qaz ixracatçısı kimi beynəlxalq aləmdə nüfuz qazandı. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft və 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin istifadəyə verilməsi Azərbaycanı regional inkişafın aparıcı qüvvəsinə çevirdi.
K.Bayramov qeyd edib ki, «Əsrin müqaviləsi»nin imzalanmasından ötən zamana diqqət yetirsək ölkə iqtitsadiyyatının böyük inkişaf yolu keçdiyini qürur hissi ilə qeyd edə bilərik. Ölkəmizin enerji sektorunda qazanılan uğurların miqyası ölçüyəgəlməzdir. Hər il keçirilən Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi bu sahədə görülən işlərin hesabatı kimi dəyərləndirilir. Dövlət başçımızın qeyd etdiyi kimi, son 20 ildə dünya miqyasında Azərbaycan qədər sürətlə inkişaf edən ikinci ölkə yoxdur. İqtisadiyyatımız 3 dəfədən çox artmışdır. Valyuta ehtiyatlarımız 65 milyard dollara çatıb, xarici borcumuz 6 milyard dollardan bir qədər çoxdur. Valyuta ehtiyatlarımız xarici borcu təxminən 10 dəfə üstələyir. Xarici borc isə ümumi daxili məhsulumuzun cəmi 9-10 faizini təşkil edir. Bizə bəzən dərs verməyə can atan bəzi ölkələrdə bu, 100 faizdir, bəlkə də çox.
Deputat əlavə edib ki, əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində atılan addımların əhatə dairəsi günü-gündən genişlənir. Son 20 ildə əmək haqları, pensiyalar və müavinətllər dəfələrlə artırılmışdır. Pandemiya dövründə əhalinin sosial vəziyyətinin pisləşməsinin qarşısını almaq məqsədilə sosial paketlər icra olundu. Son 20 ildə keçmiş məcburi köçkünlər və qaçqınlar üçün 300 mindən çox mənzil tikilib, onların sosial vəziyyəti yaxşılaşdırılıb. Müharibənin başa çatdığı 2,5 il ərzində heç bir xarici dəstək olmadan Azərbaycan, ermənilərin 30 ildə minaladığı əraziləri təmizləyir və 10 min kvadrat km ərazidə geniş yenidən qurma və bərpa işləri aparır. Erməni vandallarının dağıdaraq viran qoyduğu yaşayış məntəqələrimiz yenidən canlanır. Artıq, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qaytarılma prosesinə də start verilib.
İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri