11 may 2023 09:49
451

Dmitri Nazarov 7 ildən sonra Almaniya klubundan ayrılır

Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov Almaniyanın “Ertsgebirge” klubundan ayrılır.

“İki sahil” xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi iyunun 30-da başa çatacaq müqaviləsini uzatmayacağını bildirib.

Qeyd edək ki, Dmitri Nazarov 2016-cı ildən “Ertsgebirge”də çıxış edir. O, bu müddət ərzində 217 oyuna çıxıb və 48 qolla yadda qalıb.