10 may 2023 18:32
563

Joze Mourinyo PSJ ilə bağlı iddiaları təkzib edib

İtaliyanın "Roma" komandasının baş məşqçisi Joze Mourinyo Fransa PSJ-sinin sükanı arxasına keçəcəyi ilə bağlı xəbərlərə münasibət bildirib.

“İki sahil” xəbər verir ki, portuqaliyalı mütəxəssis iddiaların əsassız olduğunu söyləyib.

60 yaşlı çalışdırıcı Paris təmsilçisindən heç kimin onunla əlaqə saxlamadığnı söyləyib: "PSJ məni axtarır? Deməli, tapa bilməyiblər. Çünki klub rəsmilərindən heç biri mənimlə danışmayıb".

Daha əvvəl təcrübəli baş məşqçinin Fransa çempionu ilə danışıqlar apardığı bildirilib.

Qeyd edək ki, Joze Mourinyo 2021-ci ilin yayından "Roma"ya rəhbərlik edir.