Hər bir xalqın tarixində onun xilaskarı kimi dərin izlər qoyan və xalqın fəxrinə çevrilən dahi şəxsiyyətlər olmuşdur. Azərbaycan xalqının da tarixində xilaskar kimi böyük fəxrlə yad etdiyimiz dahi şəxsiyyət Ulu Öndərimiz Heydər Əlirza oğlu Əliyevdir.
Azərbaycan Respublikasının vətəndaşları, bütün dünya azərbaycanlıları və türkdilli xalqlar müstəqil Azərbaycan Respublikasının yaradıcısı və memarı, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyini böyük həyəcan və sevinclə qeyd edir. Ümumilli Lider Heydər Əliyevin bizlərə bəxş etdiyi zəngin dövlətçilik irsi və həyat fəlsəfəsi, öz xalqına həmişə sədaqətlə xidmət etməsi, Azərbaycan Respublikasını müstəqil bir dövlət kimi formalaşdırılması və onu dinamik inkişaf yoluna qoyması hər zaman diqqət mərkəzində olacaq. Ona görə də Heydər Əliyev irsini daim öyrənmək, qorumaq, təbliğ və tətbiq etmək bugünkü və gələcək nəsillərin qarşısında duran ən vacib məsələdir.
Ulu Öndərimiz Heydər Əliyev Azərbaycan Respublikasına başçılıq etdiyi illər ərzində ölkəmizin müstəqilliyi istiqamətində həyata keçirdiyi genişmiqyaslı işlər bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ulu Öndər Heydər Əliyev ideyaları bu gündə yaşayır və qələbə qazanır.
Biz gənclər hamımız əminik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası Heydər Əliyev ideyalarına uyğun olaraq gündən- günə dinamik inkişaf edəcək. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2022-ci il 29 sentyabr tarixli 3494 nömrəli sərəncamı ilə Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev ili” elan edilmişdir.
Onun fiziki yoxluğundan illər keçməsinə baxmayaraq xalq öz Xilasedicisini unutmur. Müstəqil Azərbaycan var olduqca, Heydər Əliyev ürəklərdə yaşayacaq...
Fidan Əliyeva,
YAP Xətai rayon təşkilatının məsləhətçisi
İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri