10 may 2023 16:43
306

38 yaşlı məşhur futbolçu ilə müqavilə uzadıldı

İspaniyanın "Vilyarreal" klubu futbolçusu Raul Albiolla müqaviləni uzadıb.

“İki sahil” xəbər verir ki, La Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 38 yaşlı müdafiəçinin yeni sözləşməsi 2024-cü ilin yayınadək nəzərdə tutulub.

Qeyd edək ki, Raul Albiol 2019-cu ildən "Vilyarreal"da çıxış edir. İspaniya millisinin sabiq üzvü "Real", "Napoli", "Valensiya" və "Xetafe"də də oynayıb.