10 may 2023 13:46
421

Ançelotti tarixi rekordu təkrarladı

"Real"ın baş məşqçisi Karlo Ançelotti "Mançester Yunayted"in keçmiş baş məşqçisi Aleks Fergüssonun rekordunu yeniləyib.

İki sahil" "Opta Sports"a istinadən xəbər verir ki, o, bunu komandasının Çempionlar Liqasının yarımfinalında "Mançester Siti"yə qarşı oyuna (1:1) çıxması ilə bacarıb. Bu, italiyalı mütəxəssisin ÇL-də  190-cı matçı olub. Bununla da, Ançelotti ÇL tarixində ən çox oyuna çıxan məşqçi Aleks Fergüssonun rekordunu təkrarlayıb.

Karlo mayın 17-də ÇL-də keçiriləcək yarımfinalın cavab qarşılaşması ilə yeni rekorda imza atacaq.