“Müdrik fikirlər” adlı bir kitabı vərəqləyirəm. Bir insanın ömrünün hər bir anının Azərbaycan xalqına, milli dövlətçiliyimizə həsr edildiyinin canlı şahidinə çevrilirəm. Nə yaxşı ki, bu kitablar yazılır. Burada yazılanlar xalqımıza Vətəni necə sevmək,xalqa necə ehtiram göstərmək,dövlətə necə xidmət etmək kimi ali hisslərini ən mükəmməl nümunəsini göstərmiş insanın həyat dərslərini daha dərindən öyrəmək imkanı verir.
Ulu Öndər Heydər Əliyevin bu mövzuda müdrik fikirləri ilə bir daha tanış olaq.
“Yerindən-yurdundan didərgin düşmüş soydaşlarımıza hansısa bölgələrdə yeni evlər tikmək və onları orada daimi yaşatmaq fikrində deyilik.Onlar da gərək bu fikirdə olmasınlar,biz də bu fikirdə deyilik.Bizim fikrimiz və qəti məqsədimiz ondan ibarətir ki, işğal edilmiş torpaqlar azad olunmalıdır və hər kəs öz torpağına qayıtmalıdır”.
“Azərbaycanın daxili və xarici siyasətinin əsas məqsədi ölkəmizin müstəqilliyini möhkəmləndirmək ,dünya miqyasında müstəqil dövlət kimi Azərbaycanın mövqelərini möhkəmləndirmək və bu vasitə ilə Erəmənistan-Azərbaycan,Dağlıq Qarabağ münaqişəsinə son qoymaq,işğal olunmuş torpaqları azad etmək, Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək və yerindən-yurdundan didərgin düşmüş soydaşlarımızı öz elinə-obasına qaytarmaqdır. Bizim hamımızın bir böyük dərdi var.Azərbaycanın işğal olunmuş torpaqları azad etmək,yerindən-yurdundan didərgin düşmüş soydaşlarımızın öz elinə-obasına qaytarmaq,Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək və bölgədə sülh yaratmaqdır.
“Biz heç vaxt yol verməyəcəyik ki, Azərbaycan torpaqları işğal altında qalsın. Biz buna heç vaxt yol verməyəcəyik! Nəyin bahasına olursa olsun,Azərbaycanın işğal altındakı torpaqları azad ediləcəkdir!”
Bildiyimiz kimi, mənfur ermənilər bütün yerlərdə eyni amansızlıqla müharibə qanunlarını və beynəlxalq hüquq normalarını pozaraq, xüsusi qəddarlıq və vəhşiliklə müsəlman əhalisi olan tükləri,azərbaycanlıları və digər millətləri qırmışlar.
Şuşanın işğalı nəticəsində 193 nəfər şəhid oldu,25 nəfər itkin düşdü,102 nəfər əlil olub və 30 min şuşalı Azərbaycının müxtəlif rayonlarına səpələndi.
Bu gün Ali Baş Komandan İlham Əliyevin qətiyyətli addımı, xalqımızın şücaətli oğulları sayəsində qalibiyyət müjdəsi mümkün oldu. İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Silahlı Qüvəlləri ilə Ermənistan silahlı qüvəlləri arasında Şuşa şəhərində nəzarəti əldə etmək uğrunda baş vermiş döyüşdə 4 noyabr-7 noyabr aralığında 2020 ci ildə 3 gün ərzində Azərbaycan qələbə qazandı. Azərbaycan Şuşa şəhərini işğaldan azad edir. Biz bir xalq olaraq, millət olaraq Ulu Öndər Heydər Əliyevin arzusunu gerçəkləşdirdik və özünün də qeyd etdiyi kimi “ Biz fəxr edirik ki,Azərbaycan xalqının milli mənliyini qorumaq üçün öz canından keçməyə hazır olan övladları vardır”. Bu gün Şuşanın azad olunması arzusunu Vətən yolunda, torpaq yolunda həmişə şəhid olmağa hazır olan oğullarımız sayəsində gerçəkləşdirməyə nail olduq.
Yaşa Azərbaycan! Hər an var ol güclü dövlətim!
Şəhla Babayeva,
YAP Xətai rayon təşkilatının "8 noyabr 159" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü
İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri