08 may 2023 16:33
219

Şuşanın Azərbaycan tarixində xüsusi yeri var

Şuşa tarixən Azərbaycanın tarixi-mədəni,ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olmuşdur. ”Şuşa təkcə şuşalılar üçün yox,bütün azərbaycanlılar üçün vətənini,millətini sevən hər bir vətandaşımız üçün əziz bir şəhərdir,əziz bir torpaqdır,əziz bir qaladır,əziz bir abidədir” deyən Ümummili Liderimiz Heydər Əliyev  Şuşanı belə təqdim etmişdir. Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır. Türk dünyasının mədəniyyət paytaxtıdır.

Şuşa qalası uzun illər Azərbaycanın Qarabağ xanlığının paytaxtı olmuşdur.Tarixi mənbələrə görə,1750-ci ildə hündür,sıldırım dağ üstündə qalanın inşasına başlanır və 1757- ci ildə tikilib başa çatdırıldı.Qarabağ xanı Pənah Əli xan Şuşanı paytaxt elan edib,XVIII əsrin II yarsında Azərbaycanın tarixi, mədəni və strateji əhmiyyətə malik şəhəri sayılan Şuşa özünün xalçası,ipəyi,parçası və çini qabları ilə dünya bazarları miqyasına çıxmış və bununla da böyük şöhrət qazanmışdır.Şuşanın Azərbycanın tarixində xüsusi yeri var.Bu gün Şuşada böyük bərpa işləri aparılır.Şəhər başdan-ayağa yenidən qurulur,Şuşa həmişə Azərbaycan şəhəri olub. Yalnız işğal dövründə 28 ildən artıq müddət ərzində Şuşa əcnəbi hökmranlıq altında idi.Həmin ərəfədə Şuşa tamamilə dağıdılıb.Çünki bura emənilər üçün heç vaxt doğma olmayıb.Dağlıq Qarabağ müharibəsi dövründə Şuşadaki Yuxarı Gövhər ağa,Aşağı Gövhər ağa,Saatlı məscidləri və Azərbaycan opera müğənnisi Bülbülün ev müzeyinə ziyan dəymiş,Azərbaycan şairəsi Xurşidbanu Nətavanın evi yandırılmışır. Halbuki Şuşa şəhəri Azərbaycan mədəniyyət mərkəzlərindən biridir.Bu şəhər müəyyən bir dövr  ərzində bir çox Azərbaycan ziyalılar,şairlər,yazıçılar və xüsusən musiqiçilərin evi olmuşdu.

Ali Baş Komandan İlham Əliyev Şuşanın azad edilməsinin bizim gücümüzün göstəricisi olduduğunu bütün dünyaya vurğuladı.

Şuşanın götürülməsi çox böyük peşakarlıq, cəsarət tələb edən əməliyyat idi. Əminəm ki,bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaq.Çünki  bu əməliyyatı bizim hərbiçilərimiz dağlardan,meşələrdən,cığırlardan keçərək yalnız yüngül silahlarla silahlanmış şəkildə azad ediblər.Şuşanın işğalının azad edilməsi bizim şanlı qələbəmizdir.

Pikə Əhmədova,
YAP Xətai rayon təşkilatının "8 noyabr 159" ünvanı üzrə ərazi partiya təşkilatının sədri