09 may 2023 10:26
490

Azərbaycanın sönməz Günəşi

Özünü təsdiq edən, öz sözünü demək üçün daim mücadilə edən ,varlığı və mənliyi üçün daim mübarizə aparan bir xalqın stimul aldığı bir başçısı,bir lideri,bir fədaisi olur.Xalqını daim ruh yüksəkliyində saxlamaq üçün,onun arzularını həyata keçirmək,onu zirvələrə qaldırmaq üçün. Azərbəycanın da  bəxtinə məhz belə bir rəhbər düşdü. Belə bir Öndər, belə bir Dahi - Heydər Əlirıza oğlu Əliyev

Böyük bir həyat yolu keçdi O. Azərbaycanı  yaşatmaq üçün, onu müstəqil etmək ,haqqını özünə qaytarmaq, onun mədəniyyətini, incəsənətini  inkişaf etdirmək, onu dirçəltmək , ona yeni nəfəs vermək üçün. Daim çətin anlarda yanında oldu xalqının. Xalqla əl-ələ verməyi özündən sonrakılara da öyrətdi. Bir rəşadət yolu keçdi öz yolunda. Xalqının hələ də unuda bilməyəcəyi, əsrlər boyu onun  işığına yığışacağı bir həyat yolu.

Rəhbər olduğu zamandan etibarən Azərbaycan üçün əlindən gələni əsirgəmədi. Öz uzaqgörənliyi, öz siyasəti ilə  bir yol cızdı. Həyatına sığdıra bilmədiyi azad, müstəqil, inkişaf dolu bir Azərbaycan yolu. Sanki öz ömrünə bu yolu yerləşdirə bilməyəcəyindən qorxaraq daim durmadan xalqı ilə birlikdə çiyin-çiyinə mübarizələrə qoşuldu. O xalq ki, mənəviyyatı bu rəhbər tərəfindən  daim uca tutuldu. Öz xalqının  dilinin keşiyində durdu. İnkişafı üçün fərmanlar verdi, qanunlar imzaladı.

O xalq ki onun gənclərinin təhsilinə xüsusi fikir verərək ölkə müqəddəratı üçün savadlı mütəxəsislər yetişdirdi. Azərbaycanın inkişafı  üçün onunla və ondan sonra da uğurlar qazandıran, Azərbaycanın başını zirvələrə  qaldıran gənclər.

O xalq ki, daim ona dəstək oldu, onun əsl bir rəhbər olduğunu anladı. Türk missiyasının davamçısı olduğunu dərk etdi. Bəli, bu gün onun canını fəda etdiyi bu respublikanın azad, qururlu, vətənsevər xalqın bu rəhbərin  hər bir əməlinin xatirəsini xoş duyğularla anır. Bu gün onun hər bir əməlinin bəhrəsini görür, duyur və yaşatmağa çalışır.

Onun çıraq tutub işıqlandırdığı yolun nə yaxşı ki, bir davamçısı oldu. Bu gün onun əziz tutduğu, ucalara qaldırdığı xalqı ilə əl-ələ tutan bir davamçı. Yolunu layiqincə təmsil edən davamçı. Ata vəsiyyətinə üzüağ, üzüaçıq əməl edən bu davamçı - Prezident İlham Əliyev.

Siz Xalqdan yoğruldunuz, Siz Tanrıdan bizim ellərə mükafat kimi göndərildiniz. Siz öz kökündə dayanan bir qocaman mücəssimə oldunuz. Bu sizi hələ neçə-neçə  əsrlər boyu yaşadacaq Xalq ilə, Vətən ilə!

Əziz Ulu Öndər, xalqımız sizin 100  illiyinizi qeyd edir. Qəlbimiz sizə olan sevgi ilə doludur. Dilimiz öyüd-nəsihətlərini daim təkrarlayır. Sizin Azərbaycan üçün dediyiniz hər bir qızıl kəlmələr bizim əzbərimiz, etdiyiniz hər bir yenilməz əməllər əbədi örnəyimiz olacaq.

Biz szizin qoyub getdiyiniz bu azad, gözəl diyarımıza sahib çıxacağımıza söz veririk. Söz veririk ki, bu xalq, bu millət üçün çəkdiyiniz hər bir əziyyət öz bəhrəsini daim göstərəcəkdir!

Güntəkin Tağıyeva,
YAP Xətai rayon təşkilatının "8 noyabr 159" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü