09 may 2023 14:45
356

Neymar gələcəyi ilə bağlı qərarını verdi

PSJ-nin hücumçusu Neymar yayda klubu tərk etməyə hazırdır. 

“İki sahil” xəbər verir ki, bu barədə "Telefoot" nəşri məlumat yayıb.

Azarkeşlərin son davranışı braziliyalı oyunçunu şoka salsa da, futbolçu polisə şikayət etməyi planlaşdırmır. O, yayda Paris təmsilçisindən ayrılmağı düşünür.

Xatırladaq ki, PSJ azarkeşləri klubun bazasının yaxınlığında Lionel Messi, Neymar, Marko Verratti və  prezident Nasser Al-Xelaifinin komandadan getməsi tələbi ilə etiraz aksiyası keçirmişdi.