XX əsr bəşəriyyətə böyük şəxsiyyətlər,çox görkəmli dövlət xadimləri,müdrik,təcrübəli və qətiyyətli rəhbərlər,son dərəcədə bacarıqlı dövlət başçıları bəxş etmişdir. XX əsr bəşəriyyətə böyük səxsiyyətlər, çox görkemli dövlət xadimləri,müdrik, tacrübəli ve qətiyyətli rəhbərlər, son dərəcədə bacarıqlı dövlət başçıları bəxş etmişdir. Bu insanlarin sırasında dərin ağıla, işıqlı zəkaya, möhkəm iradəyə malik Ümumilli Liderimiz Heydər Əliyevin adı tarixə qızıl hərflərlə yazılmışdır. Heydər Əliyev şəxsiyyəti həyatın bütün sahələrində siyasətdə, dövlət quruculuğunda, eləcə də mədəniyyətdə, təhsildə və s.sahələrdə hərtərəfli istedaddır.
Böyük səxsiyyət biliyi, ağlı,təcrübəni,iradəni xalqına və vətəninə,onun övladlarına sonsuz məhəbbət hissini birləşdirərək demişdir: "Həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm".
Ulu Öndər Heydər Əliyev yüksək mənəvi dəyərlərə, böyük siyasi mədəniyyətə malik olan, vətəndaşların hüququnu və mənafelərini qoruyan, qanunların aliliyinə hörmət edən aparıcı siyasi lider olmuşdur. Bu böyük şəxsiyyət vətənimizi inkişaf yoluna çıxaran mühüm məsələləri həyata keçirmiş, cəmiyyətin inteqrasiyasina nail olmuş, Azərbaycan vətəndaşlarini ümumi məqsəd və dəyərlər ətrafında toplamış, vətənə, xalqa xidmət etməkdə nümunə olmuş, Azərbaycanın tale masələlərində əlverişli siyasi qərarlar qəbul etmişdir.Tam inam hissi ilə qeyd etmək lazımdir ki, Heydər Əliyev şəxsiyyəti Azərbaycanın qarşısında duran çətin və mürəkkəb vəzifələrin həyata keçirilməsi üçün tarixin bizə bəxş etdiyi böyük fürsət və şans olmuşdur.
Ulu Öndər Azərbaycan dövlətçiliyini iflasdan, fəlakətdən qurtarmış,dövlətçiliyi möhkəmlətmiş, onu xain əllərdən, çevriliş, qiyam cəhdlərindən hifz edərək dirçəliş və inkişafa doğru yönəltmişdir. Azərbaycan xalqı möhtərəm Heydər Əliyevə olan sarsılmaz inamını qətiyyətlə ifadə edərək xilas yolunu yalnız Onda gördü, çətin anda onu özünə Prezident, rəhbər seçdi. Məhz belə bir vaxtda, Heydər Əliyev yurdumuza qurtuluş gətirdi, Azərbaycan dövlətçiliyinin növbəti süqutunun qarşısını qətiyyətlə aldı. Buna göra de xalq misilsiz siyasəti məharəti, iti zəkası, sarsılmaz iradəsi olan Ümummilli Lideri həmişə həm adi bir insan kimi, həm də ölkənin müqəddərətında misilsiz rol oynayan müdrik rəhbər kimi ürəkdən sevmiş ve sevəcəkdir.
T.Rüstəmov,
YAP Xətai rayon təşkilatının "G.Mehmandarov 9" ünvanı üzrə ərazi partiya təşkilat sədrinin müavini
İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri