Baldan şirin bu sözləri qürurla deyirik
Əvvəllər hər il bu vaxt gələndə sanki yaralarımızın qaysağı bir daha qopurdu. Mayın 8-ni hüzn içərisində, xəcalət hissi ilə qarşılayırdıq. Bəs necə, mədəniyyətimizin, müsiqimizin beşiyi olan Şuşa düşmən əlinə keçmişdi. Erməni vandalları adı dillərdə gəzən şəhərimizi murdarladılar, məscidlərimizdə ata-babalarından artıq istədikləri donuzlarını saxlayıb bəslədilər. Ürəkləri soyumayan barbarlar bizim izimizi itirmək üçün qədim abidələrimizin bir qismini dağıdıb xaraba qoydular, bəzilərini öz adlarına çıxmaq üçün üstünə saxta yazılı lövhələr yapışdırdılar. Muzey əşyalarımızı daşıyıb apardılar, hətta büst və heykəllərimizi belə güllələdilər. Beləliklə, ermənilər "bizim Şuşi" dedikləri Şuşamızı tarmar edərək onlarınkı olmadığını öz əməlləri ilə təsdiq etdilər.
Ancaq hər şeyin əvvəli olduğu kimi sonu da olur. 2020-ci il noyabrın 8-də qüdrətli Azərbaycan Ordusunun xüsusi döyüş əməliyyatı nəticəsində murdar ermənilərdən təmizləndi. Quldurlar abidələrimizin üzərinə yapışdırdıqları saxta lövhələri də sökərək özləri ilə bayquş yuvasına-İrəvana apardılar. Qəhrəman Azərbaycan əsgərləri Şuşaya bir top mərmisi və raket atmadan düşmənin caynağından çəkib xilas etdi. Biz indi noyabrın 8-ni də, mayın 9-nu da Qələbə günümüz kimi qeyd edirik.
Şuşanın əzəmətli Qələbəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin misilsiz xidməti tariximizə qızıl hərflərlə yazıldı. Noyabrın 8-də dövlətimizin başçısının "Əziz Şuşa, sən azadsan!"-söylədiyi bu dörd kəlmə bizi qürurlandırdığı kimi, yaddaşımızdan da silinməyəcəkdir. 28 il sökülüb-dağıdılmış gözəl Şuşa hazırda abadlaşdırılmaqdadır. "Qafqaz gözəli" adlandırılan şəhərimiz tarix üçün çox qısa müddətdə öz keçmiş şöhrətinə qovuşacaqdır.
Vəli İlyasov, "İki sahil"
İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri