Ümumilli lider Heydər Əliyevin doğum gününün bir əsrliyindən geri boylananda Müstəqil Azərbaycan quruculuğu yolunda mübarizə tarixi göz önünə gəlir. Bütün həyatını xalqına, Vətəninə həsr etmiş dahi şəxsiyyətin çətin mübarizələrlə yaratdığı, bəzən həyatı bahasına qurduğu dövlətçiliyimizin keçdiyi şərəfli tarixi xatırlamamaq olmur.Düzü xatirələr çələngində həyatımda birbaşa olmasa da,tarix olaraq Heydər Əliyev şəxsiyyətinə, onun siyasi məktəbinə bağlı çoxlu hadisələr var.Hər bir xatirədən də mütləq Heydər Əliyev ruhu, Heydər Əliyev sevgisi, Heydər Əliyev mübarizliyi, Heydər Əliyev şəxsiyyəti boylanır, böyük dahinin ruhu süzülür.
Özünü onun sədaqət məktəbinə qəlbən bağlı hesab edən hər bir azərbaycanlı kimi mən də ölkədə gedən hər bir hadisənin mərkəzində olmağa çalışsam da, ən azı iştirakçısı olmuş və ya həmin hadisələrə mövqeyimi ifadə etmiş, həmişə Öndərə sevgimi ifadə etməyə çalışmışam, 1994-cü il idi, Ulu Öndərin ikinci siyasi hakimiyyətinin bir ili yenicə tamam olmuşdu. Ulu Öndər Moskvaya işləməyə getdikdən sonra hakimiyyətdə buraxılmış ciddi səhvlərin, AXC- Müsavat cütlüyünün siyasi səbatsızlığının, əslində yaramazlığının nəticəsində ölkədə yaranmış xaosun, anarxiyanın, başıpozuqluğun qarşısı alınmamışdı. Azərbaycana və müstəqilliyimizə düşmən kəsilmiş qüvvələr imkan düşən kimi baş qaldırır, öz çirkin niyyətini davam etdirməyə çalışır, riyakar sifətlərini göstərir, çirkin oyunlarını davam etdirirdilər. Məhz belə bir dövrdə Heydər Əliyev əzəmətinə daha çox ehtiyac duyulurdu.
Şimalda sadvalçıların,cənubda əlikramçıların, Gəncədə surətçilərin hakimiyyətinə son qoyulsa da hələ ki, ölkədə tarixi sabitlik bərqarar olmamışdı. Ulu Öndər Heydər Əliyev siyasi mübarizə sükanını bərk sıxaraq Azərbaycan adlı müqəddəs gəmisini qətiyyətlə idarə edir, erməni seperatizmi ilə mübarizə sahəsində uğurlara imza atır, ölkənin inkişafı naminə qətiyyətli addımlarını davam etdirirdi. Düşmən isə xəbis və amansız idi. Cəbhədə atəşkəsə nail olunsa da, daxildəki düşmən qüvvələr hələ də tam ram olmamışdılar.1993-cü il iyun qiyamının nəticələri tam aradan qaldırılmasa da, çoxlarının bu gün də həzm edə bilmədiyi “Bişkek profokolu” imzalanmış,12 may 1994-cü il tarixindən cəbhədə atəşkəsə nail olunmuşdu. İlin əvvəlində Bakı metrosunda ermənilər tərəfindən törədilmiş partlayış və digər hadisələr əslində dolayısı ilə Heydər Əliyevi sevməyənlərlə bağlı cinayətlər idi.
Böyük siyasətçi isə hər işi zərgər dəqiqliyi ilə həyata keçirir, siyasi müvazinətini itirməkdən xilas etdiyi ölkəni iqtisadi cəhətdən də inkişaf etdirməyə çalışırdı. O,dünyanı Azərbaycanın xoşbəxt və işıqlı gələcəyinə inandıra bilmişdi. Artıq 20 sentyabr 1994-cü il tarixində ABŞ və digər aparıcı dövlətlərin iri şirkətlərinin iştirakı ilə “Əsrin müqviləsi” imzalanmışdı.
Xarici və daxili düşmənləri bir araya gətirən bu tarixi müqvilə hadisələri daha da dramatikləşdirdi. İçindəki kini, qəzəbi boğa bilməyən bir qrup, əslində birbaşa baş nazir Surət Hüseynovla bağlı olan qiyamçı dəstə 2 – 5 oktyabr tarixlərində Gəncə şəhərində dövlət çevrilişinə cəhd etdi. Bu hadisələr zamanı da Heydər Əliyevin cəsarəti,siyasi ustalığı və qətiyyəti sayəsində dinc əhalinin təhlükəsizliyi təmin edilməklə qiyam yatırıldı. Qiyamçılar tərəfindən zəbt edilmiş Gəncə şəhər icra hakimiyyəti, hava limanı, şəhər prokurorluğu və digər dövlət müəssisələri azad edildi. Bütün bunlara baxmayaraq hadisələr itkisiz ötüşməmişdi. Dövlətçiliyimiz və suverenliyimiz naminə üç nəfər Azərbaycan əsgəri qəhrəmancasına şəhid olmuşdu. Hər üç əsgər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdü.
Oktyabrın 5-dək davam edən qiyamda əslən Zəngilan rayonunun Cahangirbəyli kəndindən olan, məcburi köçkün olaraq bizim kəndimizdə məskunlaşan ailənin övladı Nuruyev Elnur Eyvaz oğlu da qəhrəmanlıq göstərərək dövlət müstəqilliyimiz naminə şəhidlik zirvəsinə ucalmışdı. Zəngilan rayonunun Cahangirbəyli kənd icra nümayəndəsinin müavini işləyən Eyvaz üçün də,onun həyat yoldaşı Səmayə xanım üçün də çox çətin idi.Onlar doğma yurdlarından qaçqın düşdükləri ərəfədə atılan mərmilərin həyətlərində partlaması nəticəsində qorxudan dünyasını dəyişmiş böyük qızlarının itkisi ilə hələ də barışa bilməmişdilər. Gəncədə şəhid olmuş hərbçilərlə vida mərasimi keçiriləcəkdi. Şəhidlərin valideynləri Gəncə şəhərində keçiriləcək vida mərasiminə dəvət olunmuşdular. Söyləməyə ehtiyac duymadığım, təvəzökarlıqdan uzaq düşə biləcəyindən ehtiyatlanaraq məcburi köçkün və qaçqın ailələri ilə birbaşa təmasım haqqında əlavə söhbət açmaq istəmirəm. Mən də dostluq münasibətində olduğum Eyvazla Gəncəyə getməyi qərarlaşdırdım. Əslində bu ailənin öz seçimi idi. Direktoru olduğum kənd orta məktəbinə məxsus “Volqar” tipli avtobusla mən, şəhidin atası Eyvaz və kəndimizin icra nümayəndəsi Ağaveyis Ağayev oktyabrın 6-da Gəncəyə yola düşdük. Gəncə isdiqamətində nəqliiyat hərəkətı məhdudlaşmış, Yevlaxdan sonra isə demək olar ki, tək-tək nəqliyyat vasitələri gözə dəyirdi. Yevlaxda və Goran dairəsi deyilən yerdə, Gəncə şəhərinin girişində olan hərbi postlardan keçib şəhərə daxil olduq. Bir zamanlar təhsil aldığım şəhərdə həyat öz axarında deyildi. Yolüstü bağlı olan ticarət obyektləri,küçələrdə görünən təkəmseyrək adamlar bunun əyani görüntüsü idi.
Hərbi hissəyə çatdıq. Bizi hərbi hissənin komandiri və digər hərbçilər qarşıladılar.Qısa müddətdə baş tutan görüşdə aydın oldu ki, saat 12-də planlaşdırılan vida mərasimindən sonra şəhidləri dəfn etmək üçün yaşadıqları rayonlara aparmağa icazə verəcəklər.
Matəm mitinqində Elnurun yaxını olaraq mən çıxış etməli idim.Hərbçilərlə görüşdə söhbət zamanı bir daha əmin oldum ki, Vətən və yurd sevgisindən yoğrulmuş əsgər qəhrəmanlığının rəmzi Heydər Əlyev sevgisindən doğur. Mərasim başlayana qədər həmsöhbət olduğum Elnurun əsgər yoldaşları onun qəhrəmanlığından söhbət açır,Vətən və yurd naminə,Heydər Əliyev uğrunda son nəfəsinədək igidliklə döyüşməsindən şərəflə söhbət açırdılar. Həmin anda 1994-cü ilin əvvəllərində ümümilli liderin Beyləqan isdiqamətində birbaşa səngərdə cəsarətlə döyüşçülərlə görüşü, I Qarabağ müharibəsinin dönüş nöqtəsi hesab olunan əks - hücum əməliyyatı, bu döyüşlərdə Horadiz qəsəbəsi də daxil olmaqla xeyli ərazilərimizi işğaldan azad edən Azərbaycan ordusunun tankları üzərinə yazılmış “Za Alievu!”, “Za Qeydar Alievu!”, “Za Rodinu” şüarları yadıma düşdü.
Qəlbən inandığım Heydər Əliyev sevgisinin bütün xalqın qəlbində olmasını, Vətən və yurd sevgisi sinəsinə sipər edən Azərbaycan əsgərinin qəhrəmanlığını alqışladığım çıxışımda hadisəni törədənləri hiddətlə pislədim və qınadım. Vida mərasimində tiribunada mənimlə yanaşı dayanan Gəncə şəhər icra hakimiyyətinin o vaxtkı başçısının yavaşca əlini pencəyimin sağ cibimə uzatdığını hiss etdim.Hiss etdim ki,ora kağız parçası qoyuldu. Çıxışımda hələ də baş nazir olan Surət Hüseynovun cinayətkar dostlarını, qiyamçı dəstənin üzvlərini birbaşa günahlandıraraq onlardan cavab tələb edirdim. Bayaq aşağıdan mərasim iştirakçıları tərəfindən tiribunaya ötürüldüyünü gördüyüm kağız parçasını yavaşca sağ cibimdən çıxarıb,çıxışıma ara vermədən oxudum. Kağızda belə yazılırdı: “Bizi birləşdirən Heydər baba sevgisi,bizə güc verən Heydər Əliyev qətiyyətidir. İmza: Elnurun döyüş dostları”. Onsuz da çıxışımın əvvəlində kağız parçasını mənə ötürən şəxsin yavaşca əyilib qulağıma söylədiyi “bir azca yumşaq danışmağa çalışın” ifadəsindən qəzəbli idim. Bu kağız parçası isə mənə şagirdlərim yaşda olan əsgərlərə öyüd və nəsihətlərimi verməklə yanaşı onlara Heydər Əliyevə dost olmayan hər bir kəsə qarşı barışmaz və mübariz olun söyləməyi unutdura bilmədi. Çıxışım əsgər və zabitlərin alqışları ilə qarşılandı.
Bu alqışlar Heydər Əliyev qətiyyətinin cavabı, Heydər Əliyev şəxsiyyətinə sevgi idi. İndi Kürdəmirin şəhidlər xiyabanında Zəngilanda doğulsa da bütün Azərbaycanın övladı olan Azərbaycanın Milli Qəhrəmanı Nuriyev Elnur Eyvaz oğlu da uyuyur. İndi onun ruhu Müzəffər Ali Baş Komandan İhlam Əliyevin sərkərdəliyi altında azad olunmuş doğma torpaqlarda, doğma Zəngilanda qanadlanır.
Vətən və yurd sevgili, Heydər Əliyev qətiyyətli Azərbaycan əsgərinə eşq olsun.
Vaqif Alıyev,
YAP Kürdəmir rayon təşkilatının veteran üzvü
İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri