Sokratın sözüdür, deyir, dahilər müzakirə olunmur, öyrənilirlər. Hər bir Azərbaycan vətəndaşının, ən əsası da hər bir azərbaycanlı gəncin mənəvi borcudur ki, müstəqil Azərbaycan dövlətinin banisi Ümummilli Lider Heydər Əliyevi oxuyub öyrənsin. Dahi şəxsiyyət olan Ümummilli Liderimiz, eyni zamanda bir tarixdir. Tarix şəxsiyyəti yaradır, bu cür şəxsiyyətlər isə tarixi.
1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə gələn Ümummillli Lider Heydər Əliyev çox qısa zaman kəsiyində, sözün əsl mənasında, dünya praktikasında analoqu olmayan naliyyətlər əldə etdi. Bəlkə də dünya tarixində ilk dəfə idi ki, vətəndaş müharibəsinin qarşısı qısa bir vaxtda, özü də qan tökülmədən, silah işlədilmədən alınırdı. Vətəndaş müharibəsi Azərbaycanın dövlət müstəqilliyi üçün son dərəcə təhlükəli bir amil idi. Çünki Azərbaycan həm də erməni işğalçıları tərəfindən məcburən müharibəyə cəlb olunmuşdu.
1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı ərəfəsində ölkədə baş verən ictimai – siyasi proseslər olduqca mürəkkəb və təhlükəli idi. Məhz Ulu Öndərin qətiyyəti nəticəsində Azərbaycanda dövlət çevrilişləri ənənəsinə son qoyuldu . Ümummilli Liderimizin böyüklüyü, dahiliyi onda idi ki, o, xalqın tükənməz sevgisini və məhəbbətini dövlət müstəqilliyinin qorunması istiqamətinə yönəldə bildi.
Tarixi təcrübə göstərir ki, tarix ən çox o prezidentləri yadda saxlayır ki, onlar keçid dövründə ölkələrinə rəhbərlik ediblər. Heydər Əliyev, Mustafa Kamal Atatürk, Corc Vaşinqton, Şarl de Qoll və digərləri belə böyük tarixi şəxsiyyətlərdəndir. Deməli, keçid dövrünü yaşayan dövlətin başçısı böyük siyasətçi, filosof, tarixi şəxsiyyət, mütəfəkkir və eyni zamanda yeni ideya sahibi olmalıdır. 1991-ci ildən 1993-cü ilin ortalarına qədər Azərbaycana rəhbərlik etmiş şəxslərə tarix öz səhifəsində məhz ona görə yer vermədi ki, onlarda yuxarıda sadalanan bu cür ali dövləti keyfiyyətlər, yeni dövr üçün aparıcı ideyalar yox idi. Həmin dövrün dırnaqarası liderləri Azərbaycanı bəla bəhrinə yuvarlamaqla məşğul idilər.
1993-cü ilin iyun ayında Ümummilli Liderimizin qayıdışı ilə Azərbaycan xalqı bəla bəhrindən xilas oldu və öz nicatını tapdı. Qısa müddət ərzində ölkədaxili asayiş təmin olundu və müstəqil Azərbaycan dövlətinin hər bir sferasında canlanma başladı. Təhsil-səhiyyə, iqtisadiyyat, ordu quruculuğu, həmçinin digər sahələrdə islahatların aparılması nəticəsində Azərbaycan qısa zamanda güclənən bir dövlətə çevrilidi. Ümummilli Liderimiz tərəfindən aparılan uğurlu xarici siyasət isə dövlətimizin beynəlxalq arenada nüfuzlu və sözükeçən bir dövlətə çevrilməsinə səbəb oldu.
Xalq və ölkə qarşısndakı misilsiz xidmətlərinə əsaslanaraq Heydər Əliyevi Azərbaycan dövlətçilik tarixinin günəşi adlandırmaq olar. Günəşə hansı tərəfdən baxsan elə günəşdir... Azərbaycan tarixinin Heydər Əliyev adlı günəşi hələ neçə minilliklər sonra da parlayacaq, Azərbaycan xalqı da bu günəşi hər zaman görəcək və hiss edəcəkdir. Çünki müstəqil dövlətimizin yaranıb möhkəmlənməsində Heydər Əliyev dühasının müstəsna rolu vardır. Ömrünü xalqa xidmətə həsr edən Ümummilli Lider Heyədr Əliyev qeyd edirdi ki, biz düz yolla - haqq yoluyla, Allah yoluyla, Quran yoluyla gedirik. Tutduğumuz bu yol bizi Azərbaycanın çox gözəl gələcəyinə aparıb çıxaracaqdır. Məhz bu amalı naminə Heydər Əliyevin adı xalqın qəlbinə həkk olunub. Xalqın qəlbinə həkk olunmuş adı xalqla birlikdə tarix yaşadacaqdır.

Anar Şahmuradov,
YAP Ağdaş rayon təşkilatının əməkdaşı
İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri