07 may 2023 11:34
590

Müasir müstəqil Azərbaycan dövlətinin memarı

Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətinin memarıdır. Bəşər tarixində Ulu Öndər kimi şəxsiyyətlər təsadüfi var olur. Nə xoş Azərbaycan xalqına ki,Heydər Əliyev kimi bir şəxsiyyət məhz bu xalqın nümayəndəsidir. Bəşər tarixində liderlərin böyüklüyü bir tərəfdən yaşadığı dövrdə gördüyü işlərin,yaratdığı yeniliklərin əhəmiyyəti ilə ölçülürsə,digər tərəfdən bu siyasi fəaliyyətin gələcəyə olan təsiri ilə ölçülür.Çox az lider ola bilər ki,illər öncə yürütdüyü siyasətin illər sonra verəcəyi bəhrəsinə dövlətinin qazanacağı uğura inansın. Daim zamanın nəbzini tutmağı,hadisələrə müdrik qiymət verməyi bacaran şəxsiyyətlər cəmiyyətdəki prosesləri düzgün yönəltməyə nail olur.

Təmsil etdikləri xalqları,zamanın sərt fırtınalarından,çətin sınaqlardan üzüağ çıxarır.Ümumilli liderlər milli xilaskara çevrilirlər.Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı,bütün varlığı ilə vətəninə,xalqına bağlı olan dünya şöhrətli siyasətçi və böyük dövlət  xadimi, Ümumilli Lider Heydər Əliyev respublikamıza rəhbərliyin bütün dövrlərində vətən və xalq qarşısında misilsiz xidmətlər,xilaskarlıq missiyası göstəmişdir.İllərlə Azərbaycana rəhbərlik etmiş  Heydər Əliyev təkcə bu dövrdə deyil,bütün həyatı boyu xalqımızın rifahını düşünərək,bu amal uğrunda yorulmaz fəaliyyət göstərib,ömrünü bu yolda fəda etdiyi üçün qəlblərdə daimi sevgi qazanmışdır.

Bu günkü Azərbaycan dünya dövlətləri sırasına imza atmış bir dövlətdir. Dünya xalqlarının qibtə etdiyi bir mərhələdədir.Səbəb isə xalqın Heydər Əliyevin siyasi kursuna olan inamıvə onun layiqli davamçısı Prezident İlham Əliyevin yüksək nüfuzu və yorulmaz əməyidir.Bu inam məhz cənab İlham Əliyevin milli maraqlara əsaslanan fəaliyyəti üzərində köklənib.Dahi rəhbərin anadan olmasının 100-cü ildönümündə bunu qürurla bir daha qeyd etmək yerinə düşər ki,əbədiyaşar Lider Heydər Əliyevin adı Azərbaycan xalqının şüurunda müasir Azərbaycanın yaradıcısı kimi həkk olunub.

Şəhla Hüseynova,
YAP Xətai rayon təşkilatının “General Şıxlinski 56/2” ünvanı üzrə ərazi partiya təçkilatının üzvü