07 may 2023 10:02
428

Əgər Ermənistan sülh istəmirsə sülh olmayacaq

2023-cü ilin 3 may tarixində ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfrans keçirildi.Konfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  iştirak edib.Konfransı açan Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetinə konfransı təşkil etdiyinə görə öz təşəkkürünü bildirib.

Konfransın Qarabağın incisi olan Şuşada keçirilməsini Örezident İlham Əliyev təklif etmişdi.2023-cü il Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədər olaraq “Heydər Əliyev İli” elan edilib. Heydər Əliyev həmişə Azərbaycan xalqının maraqlarını qoruyan bir şəxs olmuşdur və bunu zamana, siyasi vəziyyətə baxmayaraq etmişdir. 1969-cu il 14 iyul tarixində Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə seçildikdən etibarən daim Azərbaycana xidmət etmiş,dövlətçilik ənənələrini bərpa etdirməyə çalışmış,xalqın güzəranını yaxşılaşdırmaq üçün səylə çalışmışdır. Heydər Əliyev sovet dövründə xalqımıza qarşı olan haqsızlıqlara göz yummamış,hakim dairələrin ayrı seçkilik siyasətinə etirazını bildirmişdi. 

Bunun nəticəsi idi ki,artıq Qorbaçov öz məkrli planlarını həyata keçirmək üçün ona mane olacağını bildiyi Heydər Əliyevi müxtəlif bəhanələr gətirərək vəzifəsindən uzaqlaşdırır.  Lakin buna baxmayaraq xalqın sevgisini və rəğbətini qazanan Heydər Əliyev doğma vətəninə qayıdıb mübarizəni davam etdirir.  70 illik sovet hakimiyyətinə son qoyulur və Azərbaycan öz müstəqilliyini bərpa edir. Ulu Öndər Müstəqil Azərbaycanı irəli aparmaq,inkişaf etdirmək,Azərbaycanı dünyanın öndə gedən güclü dövlətlərindən birinə çevirmək üçün mühüm addımlar atır. Ölkədə baş verən dəyişikliklər,irəliləyişlər bugün göz önündədir.

Ulu Öndərin ən böyük arzularından biri də məhz işğal altında olan ərazilərimizin azad olunması idi. Onun əvəzsiz siyasətinin nəticəsidirki, bu gün həmin ərazilərimiz düşmən tapdağından azad olunub. Konfransda İlham Əlîyev Ermənistanla olan məsələlərə də fikrini bildirib və qeyd edib ki: Əgər Ermənistan sülh istəmirsə sülh olmayacaq. Əgər onlar konstruktiv olmasalar, biz diplomatik tədbirlərdən başqa hər hansı bir digər tədbirlərə əl atmağı planlaşdırmırıq. Bu qədəri bizə bəsdir.

Artıq bu gün dünya ölkələri Azərbaycanla hesablaşmaları olurlar,Azərbaycanla danışıqlar aparmaq üçün cəhd göstərirlər. Çünki,dünya Azərbaycan Ordusunun qüdrətini gördü.

Günel Süleymanlı,
YAP Xətai rayon təşkilatının "Generel Şıxlınski 56/2" ünvanı üzrə ərazi partiya təşkilarının üzvü