İkinci dünya müharibəsi bəşəriyyətin XX əsrdə üzləşdiyi ən ağır və dəhşətli müharibəsi olmuşdur. Almaniya Sovet İttifaqına qarşı müharibəyə 1941-ci il iyunun 22 -də başladı. Bu müharibədə Hitlerin Qafqaz uğrunda vuruşlarda əsas məqsədi Bakını ələ keçirmək idi.600 mindən çox oğlan və qızlar cəbhəyə getmişdi. Azərbaycan ərazisində 87 qırıcı batalyon , 1124 özünü müdafiə dəstəsi təşkil edilmişdir.Bu dəhşətli müharibədə 57 milyon adamdan 27 milyonu Sovet vətəndaşı olmuşdur ki , onlardan 300 mindən çoxu azərbaycanlı idi. Hələ 1941-ci il aprelin 29-da yaradılan Oleburq iqtisadi qərargahı tərəfindən hazırlanmış planının əsas mahiyyətində Qafqazın xüsusilə Bakının işğalı mərkəzi yer .Onlar 1941-ci ilin sentyabrına qədər Bakınının işğal edib onun neftini Alman şirkətlərinin ixtiyarına verməli idilər. Onlar hətta Azərbaycandakı iri sənayə müəssisələrinə rəhbərlər də təyin etmişdilər.Hitler “Mənim mübarizəm” adlı kitabında yazırdı ki ,”Müsəlman monqoloidlər dağıdıcı qüvvədir. Buna görə onlar ali irqin qulları olmalıdırlar.” Müharibə başlanan andan Azərbaycanın maddi mənəvi sərvətləri insan qüvvəsi faşizmə qarşı müharibəyə cəlb edildi. Müharibənin ən ağır illərində azərbaycanlı əsgər və zabitlər od,alov püskürən cəbhələrdə düşmənə mətanətlə müqavimət göstərmiş ,onların hərbi texnikasını və canlı qüvvəsini məhv etmişdir. Onlar Berlinə qədər irəliləmiş ,ölümləri ilə ölümsüzlüyə, əbədiyyətə qovuşmuşlar.
Bu misal olaraq mərd igid və oğullarımız olan Hüseynbala Əliyevi , ilk dəfə Sovet İttifaqı qəhrəmanı İsrafil Məmmədovu , Həzi Aslanovu və b. göstərə bilərik.Partizan dəsrələrində də azərbaycanlılar mərdlikdə vuruşurdular. Mehdi Mehdizadə , Əhmədiyyə Cəbrayılov və b. 1-ci Dünya müharibəsində Əhmədiyyə Cəbrayılovun oğlu Mikayıl Cəbrayılov Xankəndində yerləşən Cəmilli kəndinə əhalini müdafiə etməyə gəlmişdi. Bu hadisə hələ də yadımdadır,onu və polis yoldaslarını 1988-ci ildə ermənilər həmin kənddə qətlə yetirdilər. “ Azərbaycanın Milli qəhrəmanı adını ilk alanlardan biri Mikayıl Cəbrayılov idi.
Biz igid mərd oğullarımızla həmişə fəxr edirik.Müharibə zamanı Bakı ölkə neftinin 70% ni verirdi.Baltik dənizindən Qara dənizə qədər uzanmış cəbhənin tələb etdiyi bütün benzinin 80% ni ,sürtgü yağlarının 90 %ni Azərbaycan təmin edirdi.Neft və qaz sənayesinə başçılıq etmiş Nikolay Baybanov demişdi Faşizm üzərində qələbə üçün Azərbaycanın etdiklərini bəlkə də heç bir respublika etməmişdi. 40-cı illərdə SSRİ -də çıxarılan 33 milyon neftin 23,5 milyard tonu Azərbaycanın payına düşür.Müharibə illərində Bakıda 130-dan çox növdə döyüş sursatı və silah istehsal edilirdi.Şəxsi vəsaitdən müdafiə fonduna 15 kq qızıl , 952 kq gümüş ,320 mln rubl verilib. Cəbhəyə 16 milyondan çox mal və 125 vaqon isti geyim göndərilib.Ölkə xəstəxanalarda cəbhədə yaralanmış 440 nəfər müalicə olunmuşdur.Qələbənin təmin edilməsində Azərbaycanın böyük xidmətləri haqqında xalqımızın ümummilli lideri Heydər Əliyev demişdi: Əgər Bakının nefti olmasaydı Sovet ittifaqının qələbəsi mümkun deyildi. Tarix bu gündə bilməlidir ki , ikinci dünya müharibəsində Azərbaycan Respublikasının xidməti ,fəaliyyəti ,rolu çox böyük olmuşdir.Prezident İlham Əliyevin imzaladığı 1941-1945 – ci illərdə İkinci dünya müharibəsində iştirak etmiş şəxslərə , həlak olmuş və vəfat etmiş döyüşçülərin dul arvadlarına , arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Sərəncamı həmin kateqoriyadan olan vətəndaşlara dövlət başçısını diqqət və qayğısının növbəti təzahürüdür.
Sevda Bağırova,
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının "Fəzail Bayramov 10" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü
İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri