İkinci dünya müharibəsi illəri bəşəriyyətin XX əsrdəüzləşdiyi ən ağır və dəhşətli dövr olmuşdur. Azərbaycan xalqının bu müharibədə göstərdiyiəzmkarlıq və qəhrəmanlıqları açıqlamaq ciddi elmi-nəzəri, siyasi və əməli əhəmiyyətə malikdir. AlmaniyaSovet İttifaqına qarşı müharibəyə 22 iyun 1941-ci ildəbaşladı. Alman komandanlığı Bakı neftinə xüsusiönəm verirdi və Qafqaz uğrunda vuruşlarda əsasməqsəd Bakı üzərində nəzarəti ələ keçirmək idi.
Faşizm üzərində qələbə digər bir çox xalqlar kimiAzərbaycan xalqının da qanı və külli miqdarda maddisərvətlərinin itirilməsi, böyük məhrumiyyətlərhesabına əldə edilmişdir. İkinci dünya müharibəsindəhəlak olan 57 milyon adamdan 27 milyonu Sovetvətəndaşları olmuşdur ki, onlardan da 300 mindənçoxu azərbaycanlılar idi.
Faşist Almaniyasının Şərq siyasətində Qafqaza, o cümlədən Azərbaycana xüsusi diqqət yetirilirdi. Rozenberqin başçılığı ilə təşkil edilən Şərq İşləri üzrəNazirliyin nəzdində olan strukturlardan biri QafqazKomissarlığı idi. Hələ 1941-ci il aprelin 29-da yaradılan Oleburq iqtisadi qərargahı tərəfindən təsisedilmiş planda Qafqazın, ələlxüsus Bakının işğalımərkəzi yer tuturdu.
Azərbaycan hərbi əməliyyat meydanına çevrilməsə dəikinci dünya müharibəsinin əvvəlindən axırınadəkmüharibədə fəal iştirak etdi. Azərbaycanın bütünmaddi və mənəvi sərvətləri, insan qüvvəsi faşizməqarşı müharibəyə cəlb edildi.
Müharibənin ilk günlərində Azərbaycanda 4 mindənçox oğlan və qız faşizmə qarşı vuruşmaq üçün könüllüolaraq cəbhəyə getməkdən ötrü hərbi komissarlıqlaramüraciət etdi. Avqust ayına qədər təxminən 123 min nəfər xalq qoşunu dəstələrinə yazıldı.
1941-ci ilin sonunda xalq qoşunu dəstələrində 187 min nəfər döyüşçü var idi. Onlardan 30 min nəfərdən çoxuqadınlar idi.
1941–1945-ci illərdə Azərbaycanda Sovet Ordususıralarına 640 min nəfərədək səfərbər edilib cəbhəyəgöndərildi. Onlar da sabiq SSRİ məkanında yaşayandigər xalqların nümayəndələri ilə çiyin-çiyinə faşizməqarşı savaşda iştirak etdilər.
Müharibənin ən ağır illərində azərbaycanlı əsgər vəzabitlər od, alov püskürən cəbhələrdə, o cümlədənMoskva, Leninqrad, Kiyev, Volqoqrad, Ukrayna, Belorusiya, Pribaltika respublikaları uğrundadöyüşlərdə cəsarətlə vuruşmuş, faşist ordu hissələrinəmətanətlə müqavimət göstərmiş, onların hərbitexnikasını və canlı qüvvəsini məhv etmiş, işğaledilmiş yaşayış məntəqələrinin azad edilməsində, Berlin şəhərinin süqutunda fəal iştirak etmiş, bu yoldaçoxları ölümləri ilə ölümsüzlüyə, əbədiyyətəqovuşmuşlar.
Azərbaycan əsgərləri 1941-ci ilin payızında Leninqradşəhərinin müdafiəsi uğrunda döyüşlərdə ön cəbhədədayanmış, bütün ölkə vətəndaşları ilə çiyin-çiyinəfaşist ordusuna cəsarətlə müqavimət göstərmiş, əhalinin təhlükəsizliyini qorumuşlar.
Müharibədə Qax rayonunun mərd oğul vəqızları da böyük rəşadət göstərmişlər.Hər ilmayın 9-da rayonun rəhbər işçiləri vəictimaiyyətin nümayəndələri 1941-1945-ci illərin Böyük Vətən müharibəsində həlakolanların xatirəsinə Qax şəhərində ucaldılmışabidə kompleksin, həmçinin müharibədə böyükşücaət göstərərək Sovet İttifaqı Qəhrəmanıadına layiq görülmüş həmyerliləri MəmmədəliMəmmədovun abidəsi önünə gül-çiçək düzür, müharibə qurbanlarının xatirəsini ehtiramla yadedirlər.Həmçinin, müharibədə iştirak edən 6 minə yaxın qaxlı döyüşçünün yarısı geriqayıtmamışdır.
Bu dövrün ağrısı, acısı Qaxın Sarıbaş kəndindəndə yan ötmüyüb. Müharıbə başlayanda kənddə200 ailədən 184 nəfər ilkin olaraq cəbhəyəgöndərilib. Əvvəlcə könüllülər və yaşı çatanlar,sonra 40 yaşa kimi , daha sonra 50 ,55 və hətta60 kimi kişilərin hamısını müharibəyəaparmışdılar. Həmçinin 10 nəfər gənc qızı da səfərbər edib orduya aparmışdılar.
Sarıbaşlılar həmişə öz igidliyi ,qəhrəmanlığı vəvətənpərvərliyiylə fərqləniblər . Həmin illərdəqəhrəmanlığına görə xususi fərqlənən , şərəfliad qoymuş Sarıbaş igidlərdən biri.AxundovHacıaxund Zəkəriyyə oğludur.
İkinci dünya müharibəsi zamanı Azərbaycan faşist Almaniyasının hücumuna məruz qalanda balakənlilər də Vətənin müdafiəsi üçün ayağa qalxdılar. Balakəndən döyüş cəbhələrinə 6882 nəfər yola düşdü. Onlardan 2315 nəfəri faşizmlə mübarizədə həlak oldu. Döyüş meydanlarında göstərdikləri hərbi şücaətlərinə görə yüzlərlə müharibə iştirakçısı orden və medallarla təltif edildi.
Müharibədən sonrakı bərpa illərində Balakən rayonu keçmiş SSRİ kimi nəhəng bir dövlətin ərazisində yeganə rayon olmuşdur ki, eyni vaxtda 18 nəfər adam o dövrün ən yüksək dövlət təltifinə – Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür.
İkinci dünya müharibəsi illərində. 1941-ci ildə İkinci Dünya müharibəsi artıq SSRİ sərhədlərinə gəlib çıxmışdır. Bu müharibədə Azərbaycan xalqı da fəal iştirak etmiş və faşizm üzərində qələbəyə öz töhfəsini vermişdir.
Müharibə başlayan kimi Qəbələdən minlərlə gənc könüllü olaraq cəbhəyə yola düşmüş, alman faşizminə qarşı ölüm-dirim savaşında iştirak edərək misilsiz igidlik nümunələri göstərmişdir.
Qəbələnin döyüşçü oğullarının əksəriyyəti azərbaycanlılardan ibarət 77, 402, 223, 271 və 416-cı diviziyalarda vuruşaraq qəhrəmanlıq göstərmişdir. Azərbaycandan Almaniyaya qədər olan müxtəlif qardaşlıq qəbiristanlıqlarında, tənha qəbirlərdə Azərbaycan igidləri, o cümlədən Qəbələdən müharibəyə yollanmış oğullarımız yatır. Onların hər birinin həyatı, döyüş yolu bir qəhrəmanlıq salnaməsidir.
Qəbələdən 5563 nəfər cəbhəyə getmiş, onlardan cəmi 2613 nəfəri vətənə qayıtmışdır. Müharibədə Xırxatala kəndindən 69 nəfər iştirak etmiş, onlardan 35 nəfəri geri dönməmişdir. Vəndam kəndindən 747 nəfər cəbhəyə yollanmış, onlardan 222 nəfəri yaralanmış, 280 nəfərin “qara kağız”ı gəlmiş, qalanları haqqında heç bir xəbər çıxmamışdır. Nic kəndindən 132 nəfər müharibədə həlak olmuşdur.
Qəbələdən müharibəyə yollanan qəbələlilər müharibə zamanı tarix salnaməsi yazmışlar.
Faşizm üzərində tarixi qələbənin əldə edilməsində Zaqatalanın qəhrəman oğul və qızları da böyük rəşadət göstərib, Qafqazdan Berlinədək şanlı döyüş yolu keçiblər. Ön cəbhələrə yola salınan 6 mindən çox zaqatalalı döyüşçünün yarıdan çoxu müharibədən geri qayıtmayıb.Hər il mayın 9-unda Zaqatala şəhərində faşizm üzərində qələbə günü münasibətilə tədbirlər keçirilir.
Onların təxminən yarısı döyüşlərdə həlak olub. Qələbənin əldə edilməsində Şəkinin qəhrəman oğul və qızları da böyük rəşadət göstərib, Qafqazdan Berlinədək şanlı döyüş yolu keçiblər. Ön cəbhələrə yola salınan 15 minə yaxın şəkili döyüşçünün yarıdan çoxu müharibədən geri qayıtmayıb.
İkinci dünya müharibəsinin əsas qəhramanlarından biri Şəkidən olan Ə.Cəbrayılovdur.1920-ci ildə Şəki rayonunun Oxud kəndində anadan olan Ə.Cəbrayılov İkinci Dünya Müharibəsi illərində Fransa Müqavimət hərəkatının iştirakçısı, "Armed Mişel", "Ryus Armed", "Xarqo" və başqa adlarla Fransanın azadlığı uğrunda döyüşlərdə iştirak edib. Fransanın orden və medalları ilə, o cümlədən "Hərbi medal"la təltif olunub. Hazırda Şəkidə 19 müharibə veteranı var. Onlar yüksək diqqət və qayğı ilə əhatə olunublar.
Azərbaycanın ümumilli lideri Heydər Əliyev demişdir: "Azərbaycan xalqı İkinci dünya müharibəsində həm döyüş meydanlarında, həm də arxa cəbhədə əsl şücaət və əzmkarlıq nümunələri göstərmişdir. Müharibə başlanandan keçən qısa müddət ərzində Azərbaycan Respublikası ərazisində 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi təşkil edilmişdir. 1941–1945-ci illərdə respublikanın 600 mindən çox oğlan və qızları cəbhəyə getmişdir".
Həmçinin,İlham Əliyev 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında 2020-ci ildə Azərbaycan Respublikasının sərəncamını imzalayıb.
Nuridə Həsənova,
YAP Xətai rayon təşkilatının “Cavanşir 11” ünvanı üzrə ərazi partiya təşkilatının üzvü
İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri