06 may 2023 00:57
671

Metsamor xərçəng yayır...

Allah haylara qotur versin, qaşımağa dırnaq verməsin

Uzun illərdir ki, Hayastandakı Metsamor Atom Elektron Stansiyasının (AES) qəzalı vəziyyətdə işləməsi barədə ciddi siqnallar verilir. Lakin nə vaxtsa baş verəcək faciənin qarşısının alınması nə Ermənistanı, nə də aidiyyəti beynəlxalq təşkilatları o qədər də narahat etmir. Stansiyanın işi dayandırılmadıqca ətrafda radiasiyalı mühit təhlükəsi yaradır. Ermənilər stansiyanın radiasiyalı tullantılarını Şimali və Cənubi Azərbaycanın ərazilərinə tökürlər. Əvvəllər onların bir hissəsi Qarabağ ərazisinə gətirilərək torpağa basdırılır və bir hissəsi isə Araz çayına axıdılırdı. Beləliklə, ekologiyamız çirkləndirilirdi. Qarabağ azad ediləndən sonra bütün kimyəvi və radiasiyalı tullantılar Araz çayına tökülür.

Hayastanın sənayesi və Metsamor AES-in tullantılarının Araz çayına axıdılması artıq Güney Azərbaycanda ciddi problemlər yaradıb.  Bu barədə güneyli ekofəallar və vəkil Sina Yusifi sosial mediada həyəcan təbili çalan geniş paylaşım edib.

Güneyli vəkil İran-Ermənistan sərhədinin başlanğıcından Araz çayının çirkləndiyini və bu su ilə əkin və bağ sahələrinin suvarıldığını yazıb. Bunun nəticəsində Ərdəbil əyalətində xərçəng xəstələrinə yoluxanların sayı artıb. Əyalət xərçəng xəstəliyinə görə İranda birinci yeri tutur. Bu, onunla izah olunur ki, adı çəkilən ərazidə yüz min hektarlarla sahədə kənd təsərrüfatı bitkiləri və meyvə yetişdirilir. Təbii ki, torpaqdan qidalanan bitkilər və meyvə ağacları radiasiya ilə də “qidalanır.” Bununla da onlar qorxulu xəstəlik mənbələrinə çevrilirlər. Ermənistana "qardaşlıq" edən İranın molla hakimiyyəti isə susur, sanki zəhərlənən ekologiya və insanların bunlara aidiyyəti yoxdur.

Yəqin ki, on beş il əvvəl Metsamorun ətraf mühitə təhlükə yaradacağı barədə məlumatlar heç kimin yaddaşından silinməyib.  Ermənistandan tələb olunurdu ki, AES-in fəaliyyətini dayandırsın. Lakin hər işdə avantüraya gedən Hayastan bu işdə də saymazlıq etdi, müraciətlərə məhəl qoymadı. Haylar hətta ağaları Rusiyanın da xəbərdarlıqlarına baxmayaraq guya Qərbdən mütəxəssislər gətirdilər və guya stansiyanın nasaz hissələrini təmir etdilər. Ancaq məsələ ondadır ki, bu stansiyanın istismar müddəti bitib, onu müvəqqəti təmir etməklə düzələn deyil. Ona görə də sıradan çıxmış AES bağlanmalı və yenisi tikilməlidir. Buna isə Hayastanın gücü çatmır. Əvvəllər Rusiya Metsamoru əvəz edəcək yeni stansiyanın tikintisinə vəsait ayıracağını vəd etmişdi. Lakin hayların İrəvanın küçələrində keçirdikləri etiraz mitinqlərində Rusiya Prezidenti Vladimir Putinin portretlərini ayaqladıqdan,   bu ölkənin bayrağını tapdaladıqdan və “Rədd olsun Rusiya!” şüarı qaldırdıqdan sonra AES məsələsi qapadıldı. İşıq gələn yerlərə barmaq tıxayan haylar indi bu məsələdə də çətin vəziyyətdə qalıblar. Öz qövminə əngəl-kələf olan haylar öz yerlərini bilmədikcə başlarına da dürlü-dürlü oyunlar gələcəkdir.

Görün erməni hüquq müdafiəçisi Armine Saakyan "Huffington Post" nəşrində dərc edilən məqaləsində nələr yazıb:

"Bu il Ermənistanda "National Geographic"in dünyanın ən təhlükəlisi hesab etdiyi mövcud AES-i əvəz edən yeni atom stansiyası yaradılmalı idi. Amma yeni AES nəinki işlək vəziyyətdə deyil, heç onun tikintisi üzrə işlərə belə başlanmayıb".

Məqalədə qeyd edilib ki, yeni AES keçmiş SSRİ-nin ən kasıb ölkələrindən biri olan Ermənistana 5 milyard ABŞ dollarına başa gələcək. Bu isə Hayastanın gücü yetmədiyi bir məbləğdir. Eyni zamanda, yazıda  C HYPERLINK "https://report.az/axtar%C4%B1%C5%9F/C%C9%99nubi%20Qafqaz/"ə HYPERLINK "https://report.az/axtar%C4%B1%C5%9F/C%C9%99nubi%20Qafqaz/"nubi Qafqaz və onun hüdudlarından kənarda yerləşən ölkələrin 1976-cı ildən fəaliyyət göstərən Metsamor Atom Elektrik Stansiyasında baş verə biləcək mümkün qəzadan narahat olduğu vurğulanıb.

"Yeni AES tikməyə pulu olmayan Ermənistanın köhnəsindən istifadəyə davam etməkdən başqa seçimi qalmır", - erməni hüquq müdafiəçisi bildirib.

Məqalədə qeyd edilib ki, Rusiya layihənin bir hissəsini maliyyələşdirməyə razılıq veribmiş və hətta bu məqsədlə dünyanın ən böyük AES sənayelərindən birinə malik Fransa ilə danışıqlara da başlayıbmış. Amma 2008-ci ildə baş vermiş qlobal böhran layihənin maliyyələşdirilməsini qeyri-müəyyən müddətə arxa plana atıb: "2014-cü ildən Rusiya iqtisadiyyatını və rublunu dəstəkləyən neftin qiymətinin aşağı düşdüyünü nəzərə aldıqda, hazırda hətta Rusiyanın köməyi də problemli olacaq", - Armine Saakyan yazıb.

Onun sözlərinə görə, ekspertlərin əksəriyyətinin "Metsamor" AES-in təhlükəsizliyi barədə şübhəsi var:  "Ən böyük narahatlıq doğuran məqam mümkün qəzalar zamanı radiasiya şüalanmasının qarşısının alınmasına xidmət edən germetik üst təbəqənin - polad və ya beton korpusun olmamasıdır". A.Saakyan qeyd edib ki, AES nə qədər çox işləyirsə, reaktorunun üst qişası bir o qədər nazikləşir, deməli, qəza vəziyyətində havaya radiasiya buraxılmasının səviyyəsi də bir o qədər yüksək olacaq.

Məqalədə yazılıb: "Metsamor"da baş verəcək qəza stansiyadan cəmi 20 kilometr məsafədə yerləşən və ölkə əhalisinin üçdə iki hissəsinin yaşadığı paytaxt İrəvanı məhv edər. Eyni zamanda,  Ermənistanın əsas kənd təsərrüfatı zonası yararsız hala düşər".

Müəllif onu da vurğulayıb ki, hazırda radiasiya qonşu ölkələrə - İrana, Türkiyəyə, Azərbaycana və Gürcüstana da yayılır.

Məqalədə qeyd edilib ki, ermənilər ölkədə elektrik enerjisinin olmadığı o çətin günlərə qayıtmaq istəmir. Ona görə, hökumət yeni AES tikintisi üçün maliyyə tapana qədər ermənilər qəzalı vəziyyətdə olan "Metsamor" AES ilə qorxu içində yaşamalı olacaq.  "İndi bütün region da, dünya da, elə ermənilərin özləri də nəfəslərini çəkib faciəli olacağını düşünürlər".

Düşünsünlər. Allah haylar qotur versin, qaşımağa dırnaq verməsin.

Vəli İlyasov, “İki sahil”