04 may 2023 16:48
223

Xalqa bağışlanan ömür

Ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevin zəngin irsi, müstəqil Azərbaycan dövlətinin güclənməsi və xalqımızın rifahının təmin edilməsindəki misilsiz xidmətləri onun həyatını daha dərindən öyrənməyə, təbliğ etməyə səbəb yaradır. Onun hələ 1969-1982-ci illər ərzində ölkəmizə rəhbərlik etdiyi dövrdə atdığı addımlar, həyata keçirdiyi tədbirlər, Azərbaycanın gələcəyinə köklənmiş ideyaların mahiyyəti zaman keçdikcə daha aydın şəkildə anlaşılır. İdarəçilik bacarığı və təcrübə ona çoxsaylı mürəkkəb vəzifələrin öhdəsindən peşəkarcasına gəlməyə imkan yaradırdı. Məhz həmin dövrdə ölkəmizin mənafeyinin qorunmasına yönəlmiş bir sıra addımlar onun qətiyyət və prinsipiallığı hesabına mümkün olmuşdur. Azərbaycanın bir ölkə kimi inkişafı Heydər Əliyevin rəhbərliyi altındakı dönəmdə reallaşmağa başlamışdır. O, milli məfkurənin formalaşmasına, zənginləşməsinə güclü təsir göstərmiş, gələcəkdə müstəqil dövlətçiliyin bərpası üçün əsaslı zəmin yaratmışdır. Vətəninə sonsuz bağlılığı, dövlətinə, dövlətçiliyə sadiqliyi, millətinə sevgisi ona həqiqətən də ümumxalq sevgisi qazandırmışdır.

1993-cü ildə Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra artıq müstəqil Azərbaycan üçün yeni strategiya müəyyənləşdirmiş, yeni xarici siyasi kurs başlatmışdı. Həmin dövrdə qarşıda duran ən əsas vəzifə Azərbaycanı beynəlxalq aləmdəki təcrid vəziyyətindən xilas etmək, ölkəmiz haqqında yaradılmış mənfi ictimai rəyi dağıtmaq idi. Ölkədə yeni dövlət quruculuğu, sosial-iqtisadi və siyasi problemlərin tədricən və müvəfəqiyyətlə həll edilməsi, ölkəmizin beynəlxalq aləmdəki mövqeyinin normallaşması, dünya ölkələri ilə qarşılıqlı faydalı əlaqələrin qurulması Azərbaycanın dünya birliyinə inteqrasiya prosesini aktivləşdirdi. Ölkənin beynəlxalq müstəvidə layiqli yer tutması, dünyanın aparıcı dövlətləri ilə qarşılıqlı münasibətlərin qurulması olduqca mühüm əhəmiyyət daşıyırdı. Bu əlaqələrin yaradılması və inkişaf etdirilməsi ümumilli lider Heydər Əliyevin fəaliyyətinin əsas istiqamətlərindən biri idi. Heydər Əliyev böyük siyasi xadim, son dərəcə müdrik başçı idi. O atdığı hər addımla ölkənin maraqlarlarını düşünür, gələcəyə köklənirdi. 20-ci əsrin sonu  Azərbaycan xalqı ölkənin ən çətin və mürəkkəb bir dönəmini yaşadı. Kəskin və ağır dövrün hamımız şahidi olduq, millətimiz böyük sınaqlardan keçdi. Heç şübhəsiz, xalq olaraq bu yoldakı liderimiz, dayağımız məhz Heydər Əliyev oldu. Onun rəhbərliyi dövründə görülmüş işlər, başlatdığı iri layihələr bu gün də çox böyük uğurla davam etdirilir. Ulu Öndərin amalları və ideyaları ilə möhkəm bünövrə üzərində bərqərar olan qüdrətli Azərbaycan bu gün tarixinin ən güclü dövrünü yaşayır. Heydər Əliyev siyasi kursunu xüsusi bacarıq və dinamik şəkildə inkişaf etdirən Azərbaycan Prezidenti İlham Əliyev bu gün cətin və mürəkkəb dünyada ölkəmizin firavan və təhkükəsiz şəraitdə yaşamasına zəmin yaradır.

Azərbaycanın müstəqilliyi əbədidir, sarsılmazdır!

Mehman Əliyev,
YAP Xətai rayon təşkilatının "R.Əliyev küçəsi 19" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü