05 may 2023 08:32
804

Hər bir insan üçün vətənə, torpağa sədaqət ən ülvi xüsusiyyətdir

Tarix şəxsiyyəti formalaşdırır , şəxsiyyət isə tarix yazır . Bu gün hamımızın and yeri olan müstəqil  Azərbaycanımızın şərəfli tarixini yazmaq dahi şəxsiyyət Heydər Əliyeva məxsusdur .

Siyasətin ön səhnəsində olan Heydər Əliyev XX və XXI əsrlərin görkəmli siyasətçisi , müasir dövrün böyük siyasi lideri kimi bütün dünyada tanınmışdır . Qeyri – adi şəxsiyyəti , siyasətçi və dövlət xadiminə xas böyük istedadı olan Heydər Əliyevi hələ sağlığında ikən canlı əfsanəyə çevrilmişdir .

1993 – cü ilin iyununda Azərbaycan xalqı müstəqilliyə qovuşmuş dövlətin idarə olunmasını Heydər Əliyevə etibar etdikdə , bu dövlətin taleyi Tanrının ümidinə qalmışdı. Heydər Əliyev heyrətamiz iradə və məqsədyönlülüklə ölkəni bu şəxsiz fəlakətdən xilas etməyə nail olmuşdur . Şübhəsiz ki , Heydər Əliyev öz xalqının psixologiyasının xüsusiyyətlərini , mentalitetini çox gözəl bilən xarizmatik lider idi . O , Azərbaycana otuz ildən çox rəhbərlik edərək  sözü və əməli ilə yeni gerçəklik yaradır , Azərbaycan üçün dünyaya yol açır , onu ən sivilizasiyalı və çiçəklənən ölkələrdən birinə çevirməyə çalışır . Heydər Əliyev ölkənin bir çox problemlərinin – siyasətin , iqtisadiyyatın və ictimai həyatın məğzini və mahiyyətini müəyyənləşdirən problemlərinin həllinin açarını tapmışdır . O hər addımı ilə sübuta yetirmişdir ki , dünyanı heç də təkcə böyük dövlətlər idarə etmir , kiçik xalqlar da var və onların rəyi ilə hesablaşmaq lazımdır. Heydər Əliyev azərbaycanlıların necə güclü iradəyə  və  ruha malik olduqlarını , onun xalqının necə böyük enerji potensialına  və intellektual potensiala sahib olduğunu öz timsalında bütün dünyaya nümayiş etdirmişdir. O, ölkəyə həqiqi milli dövlətçilik yaratmağın mümkün olması barədə yeni inam verdi və bununla da Azərbaycan tarixində öz misilsiz yerini müəyyənləşdirdi . Heydər Əliyev həmvətənlərinə sabahkı günə olan inamsızlığı , vahiməni və ümidsizliyə qapılmaq hissini aradan qaldırmağa kömək etdi . O , ümumxalq məhəbbəti və hörmətini ancaq belə qazana bilmişdir . Onun bütün həyatı milli tarixin salnaməsinə düşməyə layiq olan sevmə nümunəsidir .

Müasir Azərbaycanda  dövlət quruculuğunun, iqtisadi dirçəlişin , ictimai – siyasi və sosial həyatda tərəqqinin otuz ildən artıq dövrünü əhatə edən epoxa Heydər Əliyevin adı ilə bağlıdır . Bütün bunlar onun həm əmək fəaliyyətində , həm də inkişafımızın fəlsəfi anlarında öz əksini tapmışdır . Onun yaratdığı konseptik fəlsəfi konsepsiya Azərbaycanın müasir dünyada özünəməxsus yerini müəyyənləşdirmiş , milli dövlətçiliyimizin bünövrəsini təşkil etmiş və dünya azərbaycanlılarının həmrəyliyi prosesinin ideya əsasını yaratmışdır .

Heydər Əliyev həm özünün nadir siyasi istedadı sayəsində , həm də milli dirçəlişin mükəmməl fəlsəfi konsepsiyasına əsaslanaraq ,  müasir Azərbaycan adlandırdığımız bir məmləkəti , onun bugünkü həqiqətini sabahkı gününün etibarlı gələcəyini yarada bilmişdir .

Dahi Heydər Əliyevi tarix bizdən uzaqlaşdırdıqca o daha da mükəmməlləşir və hər kəsin qəlbində onun bir adı var  - “ əbədiyaşar insan  “ .

Lalə Məmmədli,
Bakı şəhəri 221 nömrəli məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi,
YAP Xətai rayonu təşkilatının üzvü