05 may 2023 09:21
551

Misli Premyer Liqasında 33-cü tur başlayır

Bu gün Misli Premyer Liqasında 33-cü tura start veriləcək.

“İki sahil” xəbər verir ki, ilk oyun günündə 1 matç keçiriləcək. "Kəpəz" "Sabah"ı qəbul edəcək. Görüş saat 18:00-da başlayacaq.

Qeyd edək ki, turun digər qarşılaşmaları 6,7,8 may tarixlərində oynanılacaq.

Misli Premyer Liqası,

33-cü tur

5 may (cümə)

18:00. “Kəpəz” – “Sabah”
Hakimlər: Rəşad Əhmədov, Zeynal Zeynalov, Şirmamed Mamedov, Rövşən Rəcəbov
Qəbələ şəhər stadionu

6 may (şənbə)

16:30. “Şamaxı” – “Zirə”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Vüsal Məmmədov, Kamranbəy Rəhimov
Şamaxı şəhər stadionu

7 may (bazar)

15:00. “Turan Tovuz” – “Neftçi”
Hakimlər: Kamal Umudlu, Akif Əmirəli, Teymur Teymurov, Əli Əliyev
Tovuz şəhər stadionu

19:00. “Sumqayıt” – “Səbail”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Pərvin Talıbov, Səbuhi Bayramov
“Kapital Bank Arena”

8 may (bazar ertəsi)

20:00. “Qarabağ”– “Qəbələ”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Rahil Ramazanov, Emin Əliyev
“Azersun Arena”