05 may 2023 08:26
547

Messi "PSJ" ilə müqaviləni vaxtından əvvəl poza bilər

Argentina millisinin kapitanı Lionel Messi yaxın günlərdə "Pari Sen-Jermen" futbol klubu ilə müqaviləsinə xitam verə bilər.

“İki sahil” xəbər verir ki, bu barədə "Transfer News Live" "Le Parisien" qəzetinə istinadən xəbər verib.

Hücumçu on gün ərzində azad agent ola bilər. Beleliklə, L.Messi Fransa futbol çempionatının mövsümünü sonuna qədər oynamaya bilər.

Bundan əvvəl klub L.Messinin Səudiyyə Ərəbistanına razılaşdırılmamış səfəri və komandanın məşqini buraxdığı üçün futbolçunu iki həftə əsas komandadan uzaqlaşdırmaq qərarına gəlib.